ABŞ-ın “Mother Jones” jurnalı külli miqdarda pul müqabilində dikratorlar üçün mahnı oxuyan, və ya onların “parti”lərində iştirak edən məşhurların siyahısını dərc edib.
Bu ilin əvvəlində keçmiş NBA ulduzu Denis Rodmanın Şimalı Korayaya getdiyi xatırladan jurnal basketbol həvəskarı “qardaşı” – Kim Conq Un üçün hətta “Happy Birthday” mahnısı oxuduğunu da bildirib.
Rusiya prezidenti Vladimir Putinlə dostluq edən “Mühasirədə” filminin ulduzu Steven Siqal isə Krım yarımadasının ilhaqına da haqq qazandırıb.
“Mother Jones” yazır ki, keçən ilin iyununda Türkmənistan diktatoru Qurbanqulu Berdiməhəmmədovun qatıldığı tədbirdə Cenifer Lopezin 1.5 milyon dollar müqabilində ifa edib.
Siyahıda Hulio İqlesias da yer alır. Onun dünyanın ən müəmmalı zənginlərindən hesab edilən Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianqın oğlunun təşkil etdiyi konsertdə oxuduğu deyilir. “İqlesiasın pərəstişkarları 1000 dollara olan ən ucuz konsert biletini almaq üçün bəlkə də dilənməli, borc götürməli ya da dövdət xəzinəsindən oğurluq etməli olub” – deyə “Mother Jones” yazır.
Kazaxıstan diktatoru da Türkmənistanlı həmkarından geri qalmayıb. Belə ki, Nursultan Nazarbayevin nəvəsinin toy mərasimində Keyn Vest konsert verib. 3 milyon dollar isə elə də çox pul deyil... baxır kimin üçün.
Özbəkistan diktatoru İslam Kərimovun da qızı siyahıda yer alır. 2010-cu ildə təşkil edilən konsertə görə Gülnarə Kərimovanın Stinqə 1 milyon dollar ödədiyi ehtimal olunur.
“Ora gedərək mən çeçen xalqı üçün mahnı ifa etmişim. Mən musiqiçiyəm və məni siyasətdən uzaq tutsanız minnətdar olaram.” Bu sözləri 2011-ci ildə Tvitter hesabında məşhur müğənni Seal Çeçenistan prezidenti Ramzan Kadırov ad günündən iştirak edəndən sonra bildirmişdi. Mərasimdə onunla yanaşı iştirakçılar arasında olan Jan Klod VanDam və Hilaru Svank də tənqidə məruz qalmışdı.
Jurnal yazır ki, məşhurları qonaq etməyi ən çox sevən Qəzzafi ailəsi olub. Belə ki, Meraya Kerri, 50 Cent, Timbaland, Enrike İqlesias, Nelli Furtado, Usher və başqaları olub. Ailə ilə bağlı iki hadisə isə çoxlarının xatirindədir. Belə ki, 2010-cu ildə 2 milyon dollar müqabilində Beyonce Müəmmar Qəzzafinin oğlu Hannibalın partisinə qatılıb. Ata Qəzzafi özü isə 2006-cı ildə bir gecə bütöv Lionel Riçi ilə keçirib.
“Mother Jones” jurnalı tarixə də nəzər salıb. Belə ki, məqalədə pop kralı Maykl Ceysonun 1996-cı ildə 17 milyon dollar müqabilində Bruney Sultanının 50 illik yubileyində iştirakını heç kəsin unutmadığı deyilir.