Accessibility links

Dik Çeyninin ürək transplantasiyasına ehtiyacı ola bilər


Dik Çeyninin ürək transplantasiyasına ehtiyacı ola bilər
Dik Çeyninin ürək transplantasiyasına ehtiyacı ola bilər

ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni nə vaxtsa ürək transplantasiyasına qərar verəcəyini bildirib. 69 yaşlı Çeyni NBC xəbər agentliyinə müsahibəsi zamanı deyib ki, ötən il onun ürəyinə tənzimləyici cihaz yerləşdirilib və hələlik transplantasiyaya ehtiyac duyulmur. İlk dəfə 37 yaşında olmaqla sabiq vitse-prezident 5 infarkt keçirib. Dik Çeyni bir sıra ürək prosedurları, 1988 şuntlama və arteriyalarının təmizlənməsi üçün iki anqioplastik əməliyyatı keçirib. O, 2001-2009-cu illərdə Corc Buş administrasiyası zamanı ABŞ-ın vitse-prezidenti olub.

XS
SM
MD
LG