Amerikanın Kaliforniya ştatında yerli azərbaycanlıların dostluq assosiasiyası yaradılıb.
Assosiasiyanın məlumatında deyilir ki, qurumun dekabrın 20-də Los-Anjelesdə keçirilən toplantısında 200 nəfər iştirak edib.
Tədbirdə Azərbaycan icmasının nümayəndələri ilə yanaşı Kaliforniya ştatından senatorlar, şəhərlərin merləri, şəhər şuralarının üzvləri, diplomatlar, həmçinin Türkiyə, Pakistan, İran, Koreya, Vyetam, yəhudi və latın icmalarının rəhbərləri iştirak edib.
Assosiasiyanın icraçı direktoru Kimya Məmmədova bildirib ki, qurum Azərbaycan Respublikası və Cənubi Azərbaycandan olan azərbaycanlıları birləşdirir və Kaliforniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin rəhbəri Edd Roys, Senat və Kaliforniya ştatı assambleya üzvləri assosiasiyanın yaradılması münasibətilə təbrik məktubları göndərib.