Diabet çoxlu miqdarda şəkər yeyilməsi ilə yaranmır. Bu, orqanizmin şəkərə münasibətidir. Diabetin səbəbini izah etmək mümkün deyil. Burada biri genetik olmaqla, müxtəlif faktorlar mövcuddur.
Mif: Diabet xəstələri şəkər yeməməlidir.
Həqiqət: Qanda şəkərin çox olması diabetin böyük aspekti olsa da, xəstələr şirin yemək yeyə bilər. 1-ci tip diabet xəstələri qandakı şəkərə və yedikləri yeməyə uyğun olaraq insulin qəbul etməlidir. 2-ci tip şəkər xəstələri də şəkər yeyə bilər, lakin onların qanında şəkərin səviyyəsi sürətlə qalxa bilər.
Mif: Diabet yoluxucudur.
Həqiqət: 1-ci tip diabet avtoimmun xəstəlikdir. Bu halda immun sistemi mədəaltı vəziyə hücum edir. Bu, keçici xəstəlik deyil. Bir halda ki, diabetə yoluxmaq mümkün deyil, xəstəlik genetik faktorla ölçülür.
Mif: Diabet xəstələri fərqli yeməklər yeməlidir.
Həqiqət: Diabet xəstələri qanda şəkərin səviyyəsini normal saxlamaq üçün əlbəttə ki, nə vaxt və nə yediklərinə diqqət yetirməlidir. Bəzi xəstələrin həkim-diyetoloqla işləməsi də labüd ola bilər. Sağlam qidalanma fərdlərə genetikası və yaşından asılı olaraq olduqca yardım edə bilər.
Mif: İdmanla diabeti müalicə etmək mümkündür.
Həqiqət: İdman çox mühümdür. Bədəndə əzələ çoxluğu şəkərlə daha yaxşı mübarizə aparır. Fiziki fəallıq zamanı hüceyrələr şəkərin parçalayaraq enerjiyə çevirir. Lakin təəssüflər olsun ki, idman diabetin müalicəsi deyil.
Mif: İnsanlar diabeti simptomları ilə müəyyən edir.
Həqiqət: Sidik ifrazının artması, susuzluq, çəki itirilməsi kimi simptomlar diabetin ağırlığının göstəricisidir. Bir çoxlarına diaqnoz qan təhlilləri ilə qoyulur. İnsanlar xəstə olduqlarını başa düşmür. 1-ci tip diabet hər yaşda ola bilər.