Accessibility links

Müxalifət fəalı həbs edilib


AXCP fəalı Dəyanət Babayev
AXCP fəalı Dəyanət Babayev

AXCP və Müsavat Partiyası Dəyanət Babayevin həbsini siyasi adlandırır və onun azadlığa buraxılmasını tələb edir

AXCP gənc fəalı Dəyanət Babayev noyabrın 17-də müxalifətin etiraz aksiyasında iştiraka görə 7 günlük inzibati həbs cəzası bitdikdən sonra azad edilməyib. O, noyabrın 24-də təkrarən, bu dəfə artıq xuliqanlıqla bağlı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiq edib.

Mətbuat Xidmətinin məlumatına görə, D.Babayev noyabrın 7-də axşam Musa Rəhimovla birlikdə Nizami küçəsində Tofiq Səlimov adlı bir vətəndaşı təhqir edib və ona yüngül bədən xəsarətləri yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

AXCP və Müsavat Partiyası bunu təkzib edib və D.Babayevin həbsini siyasi sifariş adlandırıb. Siyasi partiyalar hakimiyyəti siyasi fəallara qarşı repressiyalara son qoymağa və D.Babayevi azadlığa buraxmağa çağırır.

Hər iki partiya hesab edir ki, Dəyanət Babayevə qarşı siyasi fəaliyyəti və aksiyalarda, eləcə də sosial şəbəkələrdə görsətdiyi fəallığa görə cinayət işi açılıb.

“Azərbaycan hakimiyyəti siyasi fəalları müxtəlif üsullarla həbs edir. Son dövrlər hakimiyyət aksiyalarda fəallıq göstərən gənclərə qarşı repressiyanı gücləndirib. Azərbaycan iqtidarı bu üsullarla fəal gənclərin gözünü qorxutmaq, onların mübarizə əzmini zəiflətməyə çalışır”.

AXCP və Müsavat Partiyası bəyan edir ki, müxalifət fəallarına qarşı bu cür repressiyalar hakimiyyətin istədiyi effekti verməyəcək. Bu həbslər demokratik düşərgənin demokratiya uğrunda mübarizəsinin qarşısını ala bilməyəcək.
XS
SM
MD
LG