Accessibility links

Yunanıstan DESFA-nın ARDNŞ-yə satışı üzrə əqdi təsdiq edib


DESFA
DESFA

Media Azərbaycanın DESFA üçün 400 mln avro təklif etdiyini yazır

Yunanıstan hakimiyyəti dövlət şirkəti, milli qaz nəqliyyat sisteminin operatoru DESFA-nın Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) satışı üzrə əqdi təsdiq edib.Yunanıstanın özəlləşdirmə üzrə agentliyi HRADF-ın İdarəçilər Şurası cümə axşamı keçirilən iclasda DESFA-nın əldə edilməsi üzrə ARDNŞ-nin yaxşılaşdırılmış təkliflərindən məmnunluq ifadə edib, deyə şirkətin press-relizində bildirilir.

İclasda həmçinin qısa müddətə əqdin başa çatdırılması üzrə bütün zəruri prosedurlar müəyyən edilib. Əqdin məbləği açıqlanmır. Amma KİV-in verdiyi məlumata görə, Azərbaycan tərəfi DESFA üçün 400 mln avro təklif edib.
XS
SM
MD
LG