Accessibility links

Dərman bazarında nə baş verir?


Dərmanlar
Dərmanlar

Turan agentliyi bildirir ki, Azərbaycanda dərman preparatlarının qiymətinin endirilməsi və keyfiyyətsiz dərmanların satışdan çıxarılması ilə bağlı addımlar hərc-mərclik yaradıb, bu dekabr devalvasiyasından sonra daha da artıb.

Dərmanlar üçün vahid qiymətin müəyyən edilməsi barədə hakimiyyətin bəyanatlarına zidd olaraq eyni dərmanın qiyməti müxtəlif apteklərdə müxtəlif cürdür. Heç yerdə vahid qiyməti olan dərmanların siyahısı yoxdur.

Bundan əlavə, qiymətlərin endirilməsi ilə bağlı addımlar bir çox preparatın qıtlığına gətirib çıxarıb.

Məsələn hipertoniya xəstələri üçün vacib olan ampilin yoxa çıxıb.

Yeni il ərəfəsində 844 adda dərmanın qadağan edilməsi barədə məlumatlar yayıldı.

Lakin ötən gün Səhiyyə Nazirliyi buna aydınlıq gətirərək bildirib ki, qadağa dərmanlara aid deyil, Səhiyyə Nazirliyinin icazəsi olmadan idxal edilən və ekspertizadan keçməyən müəyyən dərman seriyasına aiddir. Bu barədə Səhiyyə Nazirliyinin 6 yanvar tarixli məlumatında bildirilir.

Lakin digər problemlər ortaya çıxır. Məsələn, Türkiyə istehsalçılarının Diprospan inyeksiyası qadağan edilib. Bundan öncə isə Belçika istehsalı olan həmin preparat yoxa çıxıb, başqa analoq isə yoxdur.

Rusiya və Ukrayna istehsalı olan validol, Belarus istehsalı olan sitramon da qadağan edilib. Bu dərmanlar qiymətinə görə aztəminatlı əhali üçün münasibdir.

Ümumilikdə, qadağan edilən dərmanlar sırasında sözügedən dərmanlardan başqa Hindistan, Rumıniya, Danimarka, İordaniya, Gürcüstan, Polşa, Misir, Almaniya və digər ölkələrin müxtəlif seriyalı preparatları var.

Dekabrın 21-də ikinci devalvasiyadan sonra dərmanların qiyməti 1,7-2 dəfə artıb, halbuki, manatın məzənnəsi 50% enib.

Beləliklə, ürək xəstələrinin və hipertoniya xəstələrinin istifadə etdikləri “Kardiomaqnil” 3,6 manatdan 6,6 manatadək artıb. İkinci devalvasiyadan öncə 10 manat olan “Prestarium” dərmanı 17 manatadək artıb. “Traktazim”in qiyməti 16 manatdan 26 manatadək qalxıb.

Digər ucuz preparatlar da 50-100% bahalaşıb.

XS
SM
MD
LG