ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan avqustun 20-də Sumqayıt şəhərində olub.
Amerika səfirliyinin məlumatına görə, cənab Hoqan ilk öncə Demokratiya və İnsan Haqları Mərkəzində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
Sonra o, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.
Müvəqqəti işlər vəkili həmçinin Sumqayıtdakı ABŞ Təhsil Mərkəzinə baş çəkib və ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb.
“Mübadilə proqramları ilə ABŞ-a səfər edən azərbaycanlı məzunların yüksək səviyyəsi məndə daim müsbət təəssürat yaradır”, deyə Hoqan bildirib.
“Bu şəxslər Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında güclü əlaqələr qurmağa kömək edirlər”.
Daha sonra müvəqqəti işlər vəkili Sumqayıtda və ətraf ərazilərdə xidmət göstərən Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb.
O, Sumqayıt Texnologiyalar Parkında gəzinti ilə və Sumqayıt Gənclərinin Hüquqi Təhsil İctimai Birliyinin nümayəndələri ilə görüşlə səfərini yekunlaşdırıb.