Liviya miqrasiya idarəsinin rəsmiləri bildirib ki, sahil mühafizəsi qrupu Tripoli sahilləri yaxınlığında dənizdən 97 nəfəri xilas etməyə nail olub.
Rəsmilərin sözlərinə görə, cümə axşamı 21 nəfər qadın və 2 uşağın da olduğu xilas edilən qrupun hamısı Afrika millətlərindəndir.
Qrupun son dayanacaq təyinatı Avropa olmalıydı.
Liviyanın sahil mühafizə qrupunun məlumatına görə, onlar çərşənbə günü də dənizdən 114 nəfəri xilas etməyə nail olmuşdular.