Qəzza zolağında atəşkəs tələb edən nümayişçilər prezident Co Baydenin digər dünya liderləri ilə qlobal ticarət sammitinin keçirildiyi San-Fransiskodakı böyük körpü dədaxil olmaqla olmaqla, ABŞ-ın hər iki sahilindəki körpüləri blok ediblər.
Etirazçılar körpünün yuxarı platformasında bütün hərəkət zolaqlarını bağladıqdan və bəzi sürücülər açarlarını körfəzə atdıqdan sonra hakimiyyət orqanları 80 nəfəri həbs edib və 29 avtomobili evakuatorlar aparıblar.
200-dən çox nümayişçinin Baydendən İsrail və HƏMAS arasındakı müharibədə dərhal atəşkəs çağırmasını tələb etməsindən sonra körpüdə saatlarla tıxac yaranıb.
Prezident şəhərə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının liderlərinin konfransında iştirak etmək üçün gedib.
Bu arada, Bostonda 100-ə yaxın nümayişçi şəhəri Kembriclə birləşdirən körpünün hərəkətini iki saatdan çox müddətə dayandırıb.
"Dərhal atəşi dayandırın" şüarları səsləndirən nümayişçilər əllərində "Yəhudilər dərhal atəşkəs tələb edir!" plakatları daşıyıb.
Nümayişçilər Massaçusets senatoru, Demokrat Elizabet Uorreni döyüşləri dayandırmaq üçün daha çox tədbir görməyə çağırıb.
Forum