Accessibility links

Demokratlar Rusiyanı və Wikileaks-i məhkəməyə verib


Demokratların Milli Komitəsi cümə günü prezident Donald Trampın seçki kampaniyasını, Trampın oğlu, kürəkəni, Rusiya Federasiyasını və Wikileaks-i Trampın 2016-cı il prezidenti seçkilərində qələbə qazanmasına yardım məqsədilə partiyanın kompüterlərinə daxil olaraq, minlərlə e-mail və sənədləri oğurlamaq ittihamı ilə məhkəməyə verib.

“2016-cı il prezident seçkiləri kampaniyası dövründə Rusiya bütün resurslarını istifadə edərək, bizim demokratiyaya qarşı hücum həyata keçirib və Donald Trampın kampaniyası timsalında bunu reallaşdırmaqda əməkdaşlığa razı olan tərəfdaş tapıb.” – deyə Demokratların Milli Komitəsinin sədri Tom Perez bildirib.

Məhkəmə iddiasında deyilir ki, Tramp və onun tərəfdaşları Rusiya höküməti və oliqarxları ilə əlaqələrindən istifadə edərək seçki kampaniyası dövrü əməkdaşlıq ediblər.

Tramp dəfələrlə kampaniyası və Rusiya arasında belə bir əməkdaşlığın olmadığını bildirib.

İddiaçılar bildirirlər ki, Demokratların Milli Komitəsinə vurulan zərər ianələrin toplanılmasına və partiyanın dəyərlərini seçicilərə çatdırılmasında maneələr yaradıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG