Accessibility links

Demokratlar Müllerin hesabatının tam versiyasının açıqlanmasını tələb edir


Demokratlar Müllerin hesabatının tam versiyasının açıqlanmasını tələb edir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Konqresdəki demokratlar çərşənbə axşamı xüsusi prokuror Rober Müllerin hesabatının tam versiyasının ictimailəşdirilməsinə çağırıb və Amerika xalqının 2016-cı il prezident seçkisində Trampın kampaniyası ilə Rusiya arasında əlaqənin olmadığına dair nəticə çıxaran təhqiqatının detallarını bilməyə haqqının olduğunu söyləyib. Hesabatın tam şəkildə ictimailəşdirilməsi Müllerin nə üçün prezident Trampın ədaləti əngəllədiyini istisna etmədiyini cavablandıra bilər.

Müllerin hesabatının nəticələrinin xülasəsi artıq açıqlanıb. Respublikaçılar deyir ki, baş prokuror hesabatı tam şəkildə ictimailəşdirmədən öncə ehtiyat etməlidir.

Mənim baş prokuror Barın hazırladığı hesabatın xülasəsinə ehtiyacım yoxdur. Mən hesabatın tam versiyasını istəyirəm. Bizim bu məsələ ilə bağlı əsas istəyimiz sadəcə şəffaflıqdır, yəni hesabatı açıqlayıb, daha sonra nəticə çıxarmaq.
Çak Şumer

“Mən günahsız insanları avtobusun altında atmağın və məxfi məlumatların üstünü açmağın yaxşı fikir olduğunu düşünmürəm. Mən onun bu məsələni doğru şəkildə idarə edəcəyinə əminəm”, Senatın çoxluq lideri Mitç Makkonnel bildirib.

Lakin demokratlar deyib ki, tam hesabat olmadan düzgün və məlumatlı qərar vermək mümkün deyil.

“Mənim baş prokuror Barın hazırladığı hesabatın xülasəsinə ehtiyacım yoxdur. Mən hesabatın tam versiyasını istəyirəm. Bizim bu məsələ ilə bağlı əsas istəyimiz sadəcə şəffaflıqdır, yəni hesabatı açıqlayıb, daha sonra nəticə çıxarmaq”, Senatın azlıq lideri Çak Şumer söyləyib.

Demokratların nəzarət etdiyi Nümayəndələr Palatasının altı komitəsinin başçıları Bardan hesabatın rəsmi olaraq aprelin 2-dək açıqlanmasını tələb edib.

“Komitə olaraq bizim onu ifadə veməyə çağırmaq haqqımız var. Düzün desəm mən xüsusi prokurorun nizamnamələrinin baş prokurorun hesabatı ictimailəşdirməsinin qarşısını aldığını düşünmürən. Nümayəndələr Palatasının üzvləri 420-0 səs fərqi ilə belə düşünür. Bu isə onu göstərir ki, Amerika xalqı arasında da bu cür düşünən insanların nisbəti eynidir”, demokrat nümayəndə Şila Cekson Li bildirib.

Prezident Tramp Müllerin hesabatını alqışlayıb və bu hesabatın bəzi demokratların impiçment müzakirələrinə son qoyduğunu söyləyib.

Robert Müller
Robert Müller

“Mən onların impiçment haqda danışdığını düşünmürəm. Bizim iqtisadiyyatımız ən yüksək nöqtəsindədir, ölkəmizin vəziyyəti çox gözəldir. Onlar və digərləri bu gülməli “ifritə ovu” vasitəsilə ölkəmizə qarşı fırıldaqçılıq etməyə çalışıb. Lakin sonda heç bir əlaqənin olmadığı, ədalətin əngəllənmədiyi təsdiq olunub”, prezident Donald Tramp deyib.

Demokratlar deyir ki, tam hesabatın açıqlanması ilə Müllerin Trampı ona qarşı irəli sürülən ədalətin əngəlləmək ittihamından tam bəraət etdirməmək qərarı ilə bağlı sualları cavablandırıla bilər.

“Demokratlar daha aşağı sığorta qiymətləri və amerikalıların maaşlarının artırılması kimi məsələrə diqqət yetirir” – deyə, demokrat Hakim Ceffries bildirir.

Onlar Trampın vergiləri və xarici biznesi kimi digər fəaliyyətləri ilə bağlı öz təhqiqatlarını davam etdirir.

XS
SM
MD
LG