Accessibility links

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin dəmir yol rəhbərlərinin iclası başlayıb


İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin dəmir yol rəhbərlərinin iclası
İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin dəmir yol rəhbərlərinin iclası

Aprelin 17-də Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası”, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası” işinə başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, tədbirlərdə əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunur.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və İran İslam Respublikaları, Çin, eləcə də İslam İnkişaf Bankı (İİB), Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECO-TDB) nümayəndələri iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışarkən bildirib ki, artıq Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb.

“Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir”, o qeyd edib.

Nümayəndə heyətlərinin başçıları təmsil etdikləri qurumlarda bu istiqamətdə görülən işlər və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 12-ci iclasından keçən dövr ərzində dəmir yolu sektorunda həyata keçirilən islahatlar haqqında məlumat verib.

Daha sonra dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Tədbir 2 gün davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG