Accessibility links

Dəməşqdə müharibənin iqtisadiyyata təsirləri hiss olunur [Video]


Dəməşqin iqtisadi durumu
please wait

No media source currently available

0:00 0:02:34 0:00
Suriya iqtisadiyyatı münaqişənin ağır təsirinə məruz qalıb. Amerikann Səsinin müxbiri Elizabeth Arrot paytaxt Dəməşqin qədim bazarının mənzərəsinin dəyişdiyini xəbər verir.

Dükan sahibi Naim Bezraa deyir: “İş gedir. Amma qiymətlərin artması biznes və insanlara təsir edir. Allaha şükür, hər şey tapılır.” O, insanların qənaətlə bazarlıq etdiyini əlavə edir.

Müştərilər xarici malların bahalığından şikayətlənir.“Xarici malların qiyməti çox qalxıb. Yerli məhsulların dəyəri bir o qədər yüksəlməyib,” deyə bir müştəri dillənir.

İqtisadçı Afif Dala Qərbin sanksiyalarının qiymətlərə təsirindən danışır: “Suriya iqtisadiyyatı heç nədən asılı deyil. Çünki iqtisadiyyat hərtərəflidir. Biz demək olar ki, hər şeyi özümüz istehsal edirik.”

Həmədiyyə bazarında da vəziyyət eynidir. Dükan sahibi Əbdel Rəhim:“Bildiyiniz kimi biz ağır şəraitdə yaşayırıq. Böhran şəraitində..”

Lakin onun aksiyalarının yerli istehsalatdan asılı olması vəziyyətinin yaxşı saxlanmasına yardım edir.

Hökumət bizneslərin paytaxtda normal saxlanmasına çalışır. Dala Rusiya, Çin və Venesuelanın Suriyanın güclü ticarət tərəfdaşları olduğunu deyir: “Bir sıra ölkələr yalnız öz iqtisadi maraqlarını güdür. Onları məsələnin əxlaqi tərəfi maraqlandrmır. Yalnız mənfəət və gəlir. ”

Bu ölkələri qorxudan nədir? Yüz minlərlə insanın qətli? Lakin Dəməşq yenə də istisnadır.

Qəbir daşları bazarında çalışan Samir əl-Etoni müharibə qurbanları üçün sifarişlərin çox olmadığını deyir: “İşin göstəriciləri artmayıb. İndiyədək eyni səviyyədədir. Heç nə dəyişməyib”.

Hələ dəyişməyib. Lakin müharibə şəraitində vəziyyətin nə qədər sabit qalacağı heç kimə bəlli deyil.
XS
SM
MD
LG