Accessibility links

"Defisit olmayacaqsa, manat sabit qalacaq"


"Defisit olmayacaqsa, manat sabit qalacaq"
please wait

No media source currently available

0:00 0:14:40 0:00

"Defisit olmayacaqsa, manat sabit qalacaq"

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov fevralın 1-də keçirdiyi mətbuat konfransında 2019-cu ildə devalvasiyanın olmayacağını bildirib. Bu məsələni iqtisadçı Rövşən Ağayevlə müzakirə etmişik. Onunla müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Rövşən​ bəy, Mərkəzi Bankın sədri Elmar Rüstəmov 2019-cu ildə devalvasiyanın olmayacağını söyləyib. Siz bu barədə nə deyə bilərsiniz? Devalvasiya riski varmı?

Rövşən Ağayev:Uzun müddət, yəni bir il üçün proqnoz vermək həddindən artıq çətindir. Mən, adətən, suallar olanda çalışıram ki, maksimum 3-6 ay üçün proqnoz verim. Niyə? Çünki bizim situasiyamız elədir ki, biz resurslardan

Ümumiyyətlə bizim iqtisadiyyatımız primitiv iqtisadiyyatdır. Hətta, məsələn, Qazaxıstan iqtisadiyyatı deyil, Rusiya iqtisadiyyatı deyil. Primitivliyi özünü onda göstərir ki, bizim, faktiki olaraq, dollara indekslənmiş qiymətli kağızlar bazarımız yoxdur.

həddən artıq asılı ölkəyik. Bizim valyutamızın arxasında resurs gəlirləri dayanır. Ona görə də, biz 2015-ci ilin təcrübəsində gördük ki, 2014-cü ilin sentyabr ayından sonra neftin qiyməti enməyə başladı. Altı ay enişdən sonra bizim valyutamız neftin qiymətinin kəskin düşməsinə cəmi altı ay müddətində dözə bildi. Düzdür, o dövrdən bəri şox şey dəyişib, hökümət də xeyli dərslər çıxarıb. Ona görə də, uzun müddətlik proqnoz vermək çətindir. Mən sadəcə situasiyanı dəyərləndirə bilərəm ki, bu situasiya devlavasiya üçün riskin olmadığı situasiyadır.

Məsələ nədən gedir? Ümumiyyətlə bizim iqtisadiyyatımız primitiv iqtisadiyyatdır. Hətta, məsələn, Qazaxıstan iqtisadiyyatı deyil, Rusiya iqtisadiyyatı deyil. Primitivliyi özünü onda göstərir ki, bizim, faktiki olaraq, dollara indekslənmiş qiymətli kağızlar bazarımız yoxdur. O ölkələrdə ki, inkişaf etmiş qiymətli kağızlar bazarı, xarici valyutaya indekslənmiş qiymətli kağızlar bazarı, məsələn Türkiyə, ya da isti pulların axdığı, əmlak üçün gəldiyi bazarlar olur, o ölkələrdə valyutanın məzənnəsini proqnozlaşdırmaq daha çətin olur. Mütəxəssilər üçün belə bir proqnozlaşdırma aparmaq çətindir. Məsələn Türkiyədə, kiçik bir siyasi çaxnaşma dərhal isti pulların ölkədən çıxmasına səbəb oldu və gözümümz qarşısında gördük ki, lirə necə çətin günlər yaşadı, necə çətin vəziyyətə düşdü.

Azərbaycanda belə deyil. Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur, dollara, xarici valyutaya indekslənmiş bazar heç yoxdur. Yəni qeyri-rezidentlərin burada iştirakı yoxdur ki, ölkədə hansısa bir siyasi situasiyada ölkədən bu isti pullar, ya da borc bazarına qoyulmuş pullar çıxsın. Biz də deyək ki, hə, ölkədən kapital qaçışı baş verə bilər, manat ucuzlaşa bilər. Belə bir risk yoxdur.

Bircə risk qalır. Tədiyyə balansının kəsiri əsasən xarici ticarət balansından asılıdır. Elə ölkələr var ki, məsələn Gürcüstan, orada tədiyyə balansının kəsiri, ümumiyyətlə tədiyyə balansının strukturu əsasən xidmətlər bazarından, xidmət ixracından asılıdır. Ona görə də, tutaq ki, turizm sektorunda hansısa hadisə baş verəndə, Gürcüstan larisi üçün problem yaranır. Bizdə isə, faktiki olaraq, hesablamalar göstərir ki, tədiyyə balansı çərçivəsində ölkəyə il ərzində gələn pulun təxminən 70-75 faizi neft-qaz sektoru vasitəsilə, cəmi 25 faizi isə neft və qaz sektorundan kənardan gəlir. Belə bir situasiyada proqnozlaşdırmaq asanlaşır və biz neftin qiymətinə baxırıq. Neftin qiyməti artıq 50 dolları keçəndə tədiyyə balansının kəsir olması riski tam aradan qalxır. Artıq 50-55 dolların özü indiki şətlər daxilində, yəni ölkədən kapital qaçışının baş vermədiyi, böyük xarici borcların qaytarılmadığı şəraitdə tədiyyə balansında profisit yaradır. Tədiyyə balansının profisit olduğu, ümumiyyətlə cari hesablar balansında profisitin daha çox olduğu ökədə milli valyutanın ucuzlaşması məsələsi gündəmdə olmur. Yəni hökümət özü maraqlı olmasa ki, ixracat potensialına görə milli valyutanı ucuz saxlasın, bu risklər olmur.

Qiymətin 50 dollardan yuxarı olması tədiyyə balansının profisiti üçün bəs edir. Bu baxımdan əgər hətta 50-60 dollar arasında qalsa belə, mən 2019-cu ildə tədiyyə balansında defisitin olacağını gözləmirəm. Defisit olmayacaqsa, manatın sabitliyi üçün də təhlükə yaranmayacaq.

Nə baş verir? İlkin məlumatlara əsasən, 2018-ci ilin sonlarında Azərbaycanın tədiyyə balansında 3.5 milyard dollar, cari hesablar balansında isə 4 milyard dollardan artıq profisit yaranıb. 2019-cu il də 2018-ci ilin oxşardır neft qiymətləri baxımından. Bilirsiniz ki, ötən il neftin orta qiyməti təxminən 72 dollar civarında sabitləşdi. Bu il isə il başlayandan bəri 60 dollar və üzərindədir. Mən bayaq da dedim ki, qiymətin 50 dollardan yuxarı olması tədiyyə balansının profisiti üçün bəs edir. Bu baxımdan əgər hətta 50-60 dollar arasında qalsa belə, mən 2019-cu ildə tədiyyə balansında defisitin olacağını gözləmirəm. Defisit olmayacaqsa, manatın sabitliyi üçün də təhlükə yaranmayacaq.

Lakin Venesuela ətrafında baş verən proseslərə, Amerikanın İranla bağlı davranışlarından asılı olaraq, əgər neftin qiyməti daha kəskin ucuzlaşarsa, (necə ki, biz bunu 2009-cu ildə, 2015-ci ildə gördük ki, neftin qiyməti hətta 30-35 dollaradək azaldı) 45 dollardan aşağı düşərsə, o halda tədiyyə balansında defisitin yaranması qaçılmaz olacaq. Amma burada hökümətin davranışı çox önəmli olacaq. Əgər Elman Rüstəmov bəyanat verirsə ki, biz 2019-cu ildə devalvasiyaya getməyəcəyik, hökümətin əlində resursları var. Bilirsiniz ki, 2018-ci ildə neftin qiyməti yüksək oldu, biz ehtiyatlarımızı 4 milyard dollaradək artırdıq. Tutaq ki, 40-45 dollar şəraitində hökümət 3-4 milyard dollar xərcləyə bilər ki, ən azı bir il devalvasiyaya getməsin, çünki devalvasiya 2015-də iqtisadiyyat üçün çox ağır nəticələr yaratdı. Hətta bu günlər, 2019-ci ilin özündə belə, Azərbaycan iqtisadiyyatı, xüsusilə də, bank sektoru devalvasiyanın vurduğu zərbələrdən özünə gələ bilməyib. Növbəti kiçik miqyaslı, hətta 15-20 faizlik devavasiyanın özü belə iqtisadiyyata çox ciddi şəkildə zərbə vura bilər. Ona görə də, hökümət qızıl orta tapmağa calışacaq. Hətta 40-45 dollara düşsə belə, düşünürəm ki, bir müddət, yəni 3-5 ay gözləmə mövqeyində tuta bilər. Amma müddət uzanarsa və hökümət əmin olarsa ki, neftin qiyməti uzun müddət ucuz qalacaq, onda artıq situasiya dəyişəcək. Manatın ucuzlaşması qaçılmaz ola bilər.

Amerikanın Səsi: 2019-Cu ilin büdcəsində neft qiymətinin 60 dollar olacağı hesablanıb. Sizin gözləntiləriniz nələrdir. Neftin qiymətinin düşəcəyi gözlənilirmi ya da artacağı?

Rövşən Ağayev: Hələ ki, baş verən proseslər nəticəsində formalaşmış qiymət hökümətimizin arzuladığı qiymətdir. Yəni minimum qiymət kimi hökümət bunu yaxşı qiymət hesab edir. Hətta Rusiya prezidenti dekabrın 5-də Argentinada keçirilən G-20 toplantısında bəyanat vermişdi ki, 55-60 dollar Rusiya üçün də çox yaxşı qiymətdir. Faktiki olaraq, Rusiya üçün, bizim üçün bu qiymət tədiyyə balansını profistdə saxlamaq üçün yetərli olur. Yeri gəlmişkən, müqayisə üçün deyim ki, Rusiya 2018-ci ildə tarixində olmadığı qədər tədiyyə balansında profisit əldə etdi. Yəni bu qiymət kifayət qədər əlverişlidir.

Əgər məsələlər müsbət həll olunarsa, həm Venesueladan Amerikaya ixracatda problem olmayacaqsa, ümumiyyətlə Venesuelada hasilat artarsa, İranda artıq digər sanksiyaları saxlayıb, neftlə bağlı yumşaq mövqe olacaqsa, bu halda düşünürəm ki, OPEC-in ixtisarla bağlı qərarına baxmayaraq, neftin qiyməti kəskin şəkildə düşə bilər.

Amma neftin qiymətinin necə olacağını indiki situasiyada proqnozlaşdırmaq iqtisadiyyatçılar üçün çox çətindir, çünki bu gün neft bazarına təsir edən faktorlar arsında geo-siyasi faktorların rolu əhəmiyyətli dərəcədə artıb. Tutaq ki, bu geo-politik, ümumiyyətlə siyasi faktorlar olmasaydı, sırf iqtisadi faktorlara qalsaydı, iqtisadçılar üçün neft bazarını, ən azından tələb-təklif, hasilatda baş verən dəyişikliklərin dinamikasından çıxış edib proqnozlaşdırmaq daha asan olardı. Məsələn bir tərəfdən görürük ki, Amerika şist hasilatının hesabına nefti kəskin şəkildə artırır. Və Amerika ilk dəfə olaraq 2018-ci ildə qısa müddət, yəni bir neçə ay olsa da xalis ixracatçıya çevrildi, çünki neft idxal etdiyindən, ilk dəfə olaraq ixracı daha çox oldu. Üstəgəl Amerika artıq Rusiya və Səudiyyə Ərəbistanını, hansı ki, dünyanın ən iri neft istehsalçılarıdır, geridə qoyub. Və Amerikanın hətta 2019-cu ildə gündəlik hasilatının əlavə olaraq 1.2 milyon barel artaacağı gözlənilir. Amma burada başqa bir məsələ var.

Birincisi, Amerikanın Venesuela prosesində davranışı necə olacaq? Bilirsiniz ki, Amerika Venesueladan idxalı dayandırmamışdı, amma əgər orada Amerikanın arzulamadığı hakimiyyətin ömrü uzanacaqsa, Amerika orada sanksiyaları tam bərpa edəcək və idxalı tam azaldacaq. Bu ciddi məsələdir.

İkincisi, səhv etmirəmsə, 9 və ya 7 ölkəyə güzəşt hüququ verildi ki, hələ ki, İrana idxalı davam etsinlər. Bu müddət bitəndən sonra, Amerika onlarla bu güzəştin davam etməsi ilə üçün razılaşacaq və ya razılaşmayacaq? Məsələn, dünən məlumat verildi ki, hətta Amerikanın razılaşmasına baxmayaraq, İtaliya və Yunanıstan öz maraqları baxımından İrandan neft hasilatını dayandırırlar. Burada məsələ dour ki, Amerika bir tərəfdən buna razılıq versə də, digər tərəfdən Amerikanın İranla əməkdaşlıq edən ölkələr və şitkərlərlədəndən ibarət qara siyahısı var. Ona görə də, indiki situasiyada ölkələr şirkətlərinin Amerikanın maliyyə sitemindəki qara siyahıya düşməməsi üçün çalışırlar ki, müəyyən qədər İranla uzaq məsafə saxlasınlar. Yəni, burada iki faktor - İran faktoru üstəgəl Venesuela faktoru həlledici olacaq. Əgər məsələlər müsbət həll olunarsa, həm Venesueladan Amerikaya ixracatda problem olmayacaqsa, ümumiyyətlə Venesuelada hasilat artarsa, İranda artıq digər sanksiyaları saxlayıb, neftlə bağlı yumşaq mövqe olacaqsa, bu halda düşünürəm ki, OPEC-in ixtisarla bağlı qərarına baxmayaraq, neftin qiyməti kəskin şəkildə düşə bilər.

Bir tərəfdən də siyasi faktor var. Məsələn mən OPEC-in tutduğu mövqeyi siyasi faktor hesab edirəm, bunun iqtisadi faktorla əlaqəsi yoxdur. Çünki bazar iqtisadiyyatının, azad bazar münasibətlərinin yanaşması budur ki, əgər istehsalçılar birləşir və istehsalın azaldılması ilə, qiymətlə bağlı hər hansı monopol mövqedən istifadə edib, qərar verirlərsə, bu artıq monopolist yanaşmadır. İndi hətta deyirlər ki, Amerikanın Senatında OPEC-ə qarşı, kartellrə qarşı qanun layihəsi də var. Yəni düşürəm ki, bu üç faktor, OPEC faktoru, amma daha çox İran və Venesuela faktoru neft bazarı üçün həlledici olacaq.

Çox təəssüflər oksun ki, Azərbaycan iqtisadiyyatının belə bir potensialının olması üçün onun texnoloji imkanları çox zəifdir, xüsusilə də elmə qoyulan vəsaitlərin həcmi, təhsilin indiki strukturu və səviyyəsi Azərbaycanda yüksək-texnoloji istehsal fazasına keçidi təmin etmək imkanında deyil.

Amerikanın Səsi: Son olaraq, Siz də qeyd etdiniz ki, Azərbaycan iqtisadiyyatı neftdən çox asılıdır. Bəs hökümət 2015-ci ildən bəri Azərbaycan manatının neftdən asılılığını azalda bilibmi? Bu yolda hər hansı addımlar atılıbmı?

Rövşən Ağayev: Çox təəssüflər olsun ki, 2015-ci ildən sonra bizim iqtisadiyyatın neftdən asılığında azalma baş vermədi. Əksinə 2017-ci ildə büdcədə neft gəlirlərinin səviyyəsi bir qədər azalmışdı, təxminən 50 faiz civarında qərarlaşmışdı. 2018-ci ildə biz yenidən gördük ki, 10 faizdən çox artım baş verdi və neftin büdcədə payı 60 faizə çatdı. Eyni qaydada ixracatda neftin payı 2016-2017-ci illərdə 90 faizdən aşağı düşmüşdü, təxminən 86-88 faiz arasında qərarlaşmışdı, 2018-ci ildə isə yenindən 92.5 faizə yüksəldi. Bu böhrandan, devalvasiyadan öncəki illərdə olan göstərici ilə eynidir. Hətta qeyri-neft ixracatının həcmində də böyük artım baş vermədi. Ən yaxşı halda görürük ki, devalvasiyadan öncəki dövrlə təxminən eyni səviyyədə qeyri-neft ixracatı var, 1.5 milyard dollar. Düzdür sonra böhran vaxtı bir qədər düşmüşdü, amma bu gün qeyri-neft ixracatının səviyyəsi devalvasiyadan öncəki səviyyədədir. Faktiki artım baş verməyib. Bu onu göstərir ki, hökümətin qeyri-neft ixracatı ilə bağlı apardığı təbliğata, qəbul olunan proqramlara, tədbirlərə baxmayaraq, hələ ki qeyri-neft sektoru iqtisadiyyat üçün həlledici gəlir mənbəyinə, məşğulluq mənbəyinə çevrilə bilmir və bunun da çox fərqli səbəbləri var.

Mən əsas səbəbi onda görürəm ki, Azərbaycanda qeyri-neft sektorunun potensialının yüksək-texnoloji bazasının olmamasıdır, çünki ölkələr dünya bazarına artıq geridə qalmış, aşağı-texnologiyalı məhsullarla çıxmlrlar. 20-30 il bundan qabaq bu məhsullarla bəlkə də bazarda yer tutmaq olardı, amma artıq dünya bazarının tələbləri çox dəyişib. Yeni ölkələrin bazarda yer tutması üçün artıq yüksək-keyfiyyətli və yüksək-texnoloji məhsullarla bazara çıxmaları lazımdır. Çox təəssüflər olsun ki, Azərbaycan iqtisadiyyatının texniki potensialı, elmi potensialı həddən artıq aşağıdır. Avropa Birliyi məhsual standartları qəbul edib. Orada, məhsullar texnoloji standartlarına görə dörd qrupa bölünür: aşağı qrup, orta-aşağı texnoloji qrup, orta-yüksək və yüskək texnoloji qruplar. Bizim ixracatımızı götürsək, faktiki olaraq, bizim məhsullarımızın hamısı, istərsə istehsal etdiyimiz, istərsə idxal etdiyimiz məhsullar həmin o təsnifatda aşağı təsnifat və orta-aşağı təsnifat qrupuna uyğun gəlir. Yəni biz dünya bazarına orta-yüksək və yüksək texnoloji məhsullarla çıxa bilərik. Çox təəssüflər oksun ki, Azərbaycan iqtisadiyyatının belə bir potensialının olması üçün onun texnoloji imkanları çox zəifdir, xüsusilə də elmə qoyulan vəsaitlərin həcmi, təhsilin indiki strukturu və səviyyəsi Azərbaycanda yüksək-texnoloji istehsal fazasına keçidi təmin etmək imkanında deyil.

XS
SM
MD
LG