Accessibility links

ABŞ prezidentliyinə respublikaçı namizədlərin son debatı


ABŞ prezidentliyinə respublikaçı namizədlərin Ayova kokusundan öncə son debatları keçiriib.

Kokus zamanı prezidentliyə namizəd nominasiya əldə edəcək.

Debatlarda Donald Tramp iştirak etməyib.

Texas senatoru özünü manyak, səhnədə olanları axmaq adlandıraraq, rəqibi Ben Karsonun kök və eybəcər olduğunu deyib. Təqaüddə olan nevrocərrah Trampın proqramdakı yerini doldurduğunu bildirib.

Ben Karson kök və eybəcərdir

Florida Senatoru Marko Rubio milyarder namizədin əyləndiyini və kampaniyanın mahiyyətindən bixəbər olduğunu deyib.

Floridanın sabiq qubernatoru Ceb Buş zarafatla debatda iştirak etməyən Tramp üçün darıxdığını bildirib.

Lakin digər namizədlər Tramp mövzusundan yan keçərək, birbaşa prezidentlik kvalifikasiyalardan danışıb.

Mühacirət məsələsi

Debatlar zamanı mühacirət məsələsi ən qızğın mübahisə mövzusu olub. Debatların moderatoru namizədlərin bu mövzu ilə bağlı əvəllər söylədiklərini diqqətə çatdırıb.

2010-cu ildə mühacirtin əleyhinə çıxış edən Rubio heç vaxt bütün mihacirlərə şamil edilən amnistiyaya dəstək verməyəcəyini bildirib. Daha sonra 2013-cü ildə mühacirlərə vətəndaşlıq verilməsinə dair qanunu dəstəkləyən bu respublikaçı namizəd mövqeyinin dəyişdiyini inkar edib. O deyib ki, qanunsuz mühacirlərin deportasiyası fikirini dəstəkləməsə də, onlara vətəşlıq verilməsinin də əleyhinədir.

Rubio bir zamanlar Buşun da bu siyasəti dəstəklədiyini bildirib.

Sabiq qubernator Markonun də eyni mövqedən çıxış etdiyini deyib.

Kruza hücum

Ted Kruz mühacirət islahatlarının həyata keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Lakin o, buna bəzi düzəlişlər edilməsinin zərurətindən danışıb. O, mövqeyini dəyişdiyini inkar edərək, düzəlişlərin problemləri həll etməyəcəyini bildirib.

Kruzun cavabı Kentuki senatoru Rand Pol və Rubionun ona hücum etməsinə səbəb olub. Onlar Kruzu “yeganə düz” mühafizəar adlandırıb.

Trampın kampaniyası

Tramp. Dreyk universitetində həmin vaxt veteranlarla görüş keçirib O, debatlara özünə hörmət etdiyi üçün qatılmadığını bildirib. Tramp bildirib ki, əgər sənə hörmətsizlik edilirsə, özün üçün doğru yol seçməlisən. Respublikaçı namizəd pis münasibət göstərildiyində millətə sığınmağın ən yaxşı yol olduğunu önə çəkib.

Əgər sənə hörmətsizlik edilirsə, özün üçün doğru yol seçməlisən

Tramp veteranlar üçün artıq 5 milyon dollar vəsait topladığını bildirib. O, bu vəsaitinin 1 milyonunun onun şəxsi büdcəsindən ayrıldığını, qalan vəsaitin isə zəngin dostlarının töhfəsi olduğunu deyib.

Trampın tədbirinə dəvət alan Hakkabi və Santoruma qısa çıxış etmək imkanı verilib.

XS
SM
MD
LG