Serbiyada bu həftə Balkan ölkələrində baş verən ölümcül fırtınalar nəticəsində üç nəfər ölüb. Bu barədə şənbə günü yerli media məlumat verib.
Fırtına ilk cümə günü Sloveniyada başlayıb, daha sonra Xorvatiya, ardınca isə Serbiya və Bosniyaya keçib və külək və leysan yağışlara səbəb olub. Rəsmilər elektrik kəsilməsi problemlərinin olduğunu və böyük ziyanın vurulduğunu deyirlər ki, buna ağacların düşərək maşınları və evlərin damlarını dağıtması daxildir.
Çərşənbə günü bölgədə bir başqa fırtına altı nəfərin - Xorvatida dörd, Sloveniyada bir, Bosniyada da başqa bir nəfərin - ölümünə səbəb olub.
Metereoloqlar deyir ki, fırtınaların o qədər güclü olmasının səbəbi odur ki, onlar bir neçə gün davam edən son dərəcə isti havdan sonra baş verib. Ekspertlər deyir ki, estremal hava şəraitinə çox güman ki, iqlim dəyişikli səbəb olub.
Rəsmi RTS televiziyası bildirib ki, Serbiyanın şimalındakı Novi Sad şəhərində 12 yaşlı bir uşaq fırtına zamanı küçədə ölü tapılıb, ancaq onun ildırımın yoxsa elektrik cərəyanın vurduğu hələ ki, bəlli deyil.
Yerli media bildirir ki, ən çox zərər görən yer Novı Saddır. Orada fırtına şəhərin sərgi zalının damına ziyan vurub. 30 nəfərə tibbi yardım göstərilib, bir çox küçə isə hələ də bağlıdır.
RTS bildirib ki, Serbiyanın şimal-şərqində Kovaçitsa kəndində bir qadın evinin yaxınlığındakı bir ağacı ildırım vurması nəticəsində baş verən yanğından sonra tüstüdən zəhərlənərək ölüb.
Serbiya polisi şənbə günü bildirib ki, şimal-qərb Baka Palanka şəhərində bir kişi evinin darvazasına düşən elektrik kabellərini çıxarmağa çalışdığı zaman həyatını itirib.
Xorvatiyada DA fırtına ölkənin müxtəlif yerlərində dağıntılara səbəb olub.
Yay mövsümündə ölkənin şimalında İstriya yarımadasında xaricdən gələn turistlərlə dolu bir turist düşərgəsində bir neçə nəfər xəsarət alıb. Xorvatiyanın Adriatik dənizi sahili və adaları hər yay milyonlarla turist cəlb edir.
Sloveniya fırtınaların meşələrdə böyük dağıntılara səbəb olduğunu bildirib və pontensial daşqın barədə xəbərdarlıq edib.
Avropanın digər hissələrində davam edən istilik dalğası ilə meşə yanğınlarına səbəb olub.