Accessibility links

Dağıstanın səhiyyə naziri 40-dan çox həkimin COVID-19 və ya pnevmoniyadan öldüyünü bildirir


Dağıstanın baş səhiyyə rəsmisi 40-dan çox həkimin ya koronavirus, ya da pnevmoniya nəticəsində öldüyünü bildirib. Çoxları Rusiyada koronavirusa yoluxma və ölüm hallarına dair rəqəmlərlə bağlı suallar qaldırır.

Səhiyyə naziri Camaluddin Hacıibrahimov mayın 16-da yerli blogerə verdiyi müsahibəsində respublikada hazırda 13 000 nəfərin COVID-19, ya da pnevmoniyadan əziyyət çəkdiyini deyib.

Respublikanın koronavirus mərkəzi mayın 16-da 3280 yoluxma halı və 29 ölüm halı haqda məlumat verib. Hacıibrahimov 657 nəfərin pnevmoniyadan öldüyünü bildirib.

Bununla belə, COVID-19 ağır hallarda pnevmoniyaya gətirib çıxara bilər, bu isə koronavirusa pnevmoniya diaqnozu qoyulmasına yol aça bilər.

Rusiya ölümlərin səbəbini pnevmoniya kimi göstərərək, COVID-19 nəticəsində ölüm hallarının sayını azaltmaqda ittiham edilir.

Rusiyada koronavirusa 272 000 yoluxma halı qeyd edildiyi halda, ölüm hallarının sayı 2537 kimi göstərilir. Bu, ən aşağı ölüm nisbəti hesab edilir.

Birləşmiş Ştatlarda xəstəliyə yoluxma nəticəsində ölümlərin səbəbi COVID-19 kimi qeyd edilir.

XS
SM
MD
LG