Accessibility links

Əhməd Davutoğlu: İslam Dövləti şübhəlilər siyahısında birinci yeri tutur


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Ankarada 2 bomba hücumuna görə İslam Dövlətinin şübhəlilər siyahısında birinci yeri tutduğunu bildirib.

O, hücumçulardan birinin kimliyinin aşkar edilməsinə yaxınlaşıldığını və bunun hücumun arxasında müəyyən bir qrupun dayandığına sübut olduğunu deyib.

Türkiyədə kürdlərin dinc nümayişindən bir neçə saat əvvəl paytaxt Ankaranın əsas dəmir yolu dayanacağında baş verən iki güclü partlayış nəticəsində 97 nəfər həlak olub, 160 insan yaralanıb.

Hakim Ədalət və İnkişaf Partiyasından qanunvericilər Twitter və digər sosial mediada hücumun separatist kürdlərin əməli olduğunu deyərək, bunu seçkilər öncəsi hökumətin nüfuzuna xələl gətirmək üçün provokasiya adlandırıb.

PKK tərəfdarları isə hücumların məsuliyyətini AKP və Kəşfiyyat Xidmətinin daşıdığını deyir.

XS
SM
MD
LG