Accessibility links

David Ensor: İran hökuməti jurnalistlərə qarşı rüsvayçı rəftarını dayandırmalıdır!


David Ensor, Amerikanın Səsinin direktoru
David Ensor, Amerikanın Səsinin direktoru

Amerikanın Səsinin direktoru David Ensorun bloq yazısı

Amerikanın Səsinin direktoru David Ensor “İran jurnalistlərin ailələrinə qarşı rüsvayçı rəftarını dayandırmalıdır” adlı bloq yazısında İranın kəşfiyyat agentliklərinin jurnalistləri məsləklərinə görə hədəf aldığını bildirir.

“İranlı jurnalist kimi xaricdə işləmək təhlükəli olduğu qədər, həm də çətindir. Təsəvvür edin ki, həbs qorxusu ilə vətənə dönə bilmirsiniz. Bu təhlükə İranda doğulub, Amerikanın Səsi, BBC, Azadlıq kimi xarici xəbər agentliklərinə çalışan jurnalistlər üçün daha böyükdür.
Biz İran rəsmilərini radio və televiziya yayımlarına mane olunmasına, Amerikanın Səsi və digər xəbər agentliklərinin veb səhifələrinə qarşı haker hücumlarına son qoyulmasına çağırırıq.

Təzyiqlərin ən alçaldıcı forması valideynlərin hədəf alınmasıdır. İranda jurnalistlərin qohumları saxlanılır, sorğu-sual edilir, həbs ediləcəkləri ilə hədələnir.
BBC-nin direktoru Mark Tompson dəfələrlə İranın “narahatedici taktikalar”a əl ataraq, Fars xidmətinin jurnalistlərinin ailə üzvlərini qorxutduğunu yazıb. Jurnalistlərdən birinin bacısı qeyri-müəyyən ittihamlarla Evin həbsxanasının təcridxanasında saxlanılır.

Human Rights Watch və mətbuat azadlığının monitorinqini aparan digər təşkilatlar İranın jurnalistlər üçün təhlükəli olan ölkələr sırasında yer aldığını bildirir.

İran hökumətinin bu davranışına son qoymasının vaxtı gəlib çatıb. Belə davranış İran hökumətinə utancdan başqa bir şey vermir.

Biz İran rəsmilərini radio və televiziya yayımlarına mane olunmasına, Amerikanın Səsi və digər xəbər agentliklərinin veb səhifələrinə qarşı haker hücumlarına son qoyulmasına çağırırıq. İran hökuməti öz vətəndaşlarına informasiyalarını hansı mənbədən almalarına etibar etməlidir."
XS
SM
MD
LG