ATƏT-in Minsk qrupunun həmsədrləri Bkıdadır. Danışıqıların hələ ki, bir nəticəsi yoxdur. Bu gün də danışıların nəticəsi olaraq bəyanat verəcəyik. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra keçirdiyi birgə mətbut konfransında bildirib.
Onun sözlərinə görə, Azəraycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir.
“Biz ciddi danışıqlar təklif etmişik. Biz dəfələrlə təklif etmişik ki, Böyük Sülh Sazişi layihəsi üzərində işimizi başlamalıyıq”, E. Məmmədyarov jurnalistlərin sualının cavabında bildirib.
Nazir deyib ki, Fransa prezidenti Fransua Ollandın, Minsk qrupunun həmsədrlərin bununla bağlı dəstək bəyanatları var. O Madrid prinsipləri əsasında Bğöyük Sülh Sazişi üzərində ekspertlər səviyyəsində danışıqları mümkün hesab edir.
“Madrid prinsipi6 bənddən ibarətdir. Bu sülh sazişi üzərində ciddi danışılara başlamaq üçün əsas verir. Yoxsa, hər dəfə həmsədrlərin atəşkəsin pozulmasından sonra bəyanatlar verməsi düzgün deyil. Atəşkəsin pozulmaması, regionda sülhə nail olunması üçün ciddi danışıqlar başlamalıdır. Bunun üçün hərbçilər, əsgərlər öz yerlərinə qayıtmalı, işğal edimiş Azərbaycan ərazilərindən çıxmalıdırlar. Azərbaycan prezidenti düzgün olaraq erməni tərəfinin sualına cavabda demişdir ki, Ermənistan əsgəri Ağdamda, KəlbəcərdƏ, Füzulidə, Zəngilanda və b. nə gəzir. Həmsədrlər bununla bağlı çağırış etməlidirlər, qoşunlar çıxarsa, onda atəşkəs də pozulmayacaq. Həmsədrlər atəşkəsin pozulması ilə yanaşı Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması barədə də bəyanatlar səsləndirməlidir”.
Nazir Ermənistanın girovluğunda olan Azərbaycan vətəndaşlrı barədə də suala cavab verib.
"Girovların azad edilməsi Ermənistan prezidenti qarşısında qaldırılıb. İki azərbaycanlı girov Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ həm ATƏT-in Minsk qrupu, həm də Avropa İttifaqı nümayəndələri qarşısında daim qaldırılır”, o qeyd edib.
Nazir əlavə edib ki, Ermənistanın Azəbaycan vətəndaşlarını girov saxlamağıınn heç bir məntiqi yoxdur.
İran xarici işləır naziri Məhəmməd Cavad Zərif deyib ki, ölkəsinin sərhədlərinin 100 kilometri münaqişə ərazisində yerləşir. İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini istəyir.
“İran münaqişələrin beynəlxalq qanunlar əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Bu region bizim üçün çox mühümdür. Azərbaycan bizim ən əhəmiyyətli qonşumuzdur və bu ölkədə münaqişənin olması İranıincidir . Buna görə də İran münaqişənin həllini istəyir".
O İranınMinsk qrupunun fəaliyyətinin müvəfəqiyyətlə bitməsini istədiyini diqqətə çatdırıb.
"Əgər İranın bu məsələdə hər hansı rolu ola bilərsə, biz bunu kömək etməyə hazırıq", o qeyd edib.