Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, Əfqanıstan hökuməti və Taliban rəsmiləri gələn həftə yenidən Pakistanda görüşəcəklər. Görüş ölkədə qanlı münaqişəyə son qoyməq məqsədi daşıyan ikinci raund sülh danışıqları çərçivəsində keçiriləcək.
Adının açıqlanmasını istəməyən rəsmi danışıqların İslamabadda deyil Çin Urumçi şəhərində keçiriləcəyi ilə bağlı iddiaları yalan adlandırıb. Bu iddianı Əfqanıstanın Ali Sülh Şurasının adı açıqlanmayan üzvləri irəli sürmüşdü.
Ancaq Pakistan rəsmisi inadla bildirib ki, danışıqlar iyulun 31-i Pakistanda keçiriləcək və çox guman ki Pakistan yaxın günlərdə bu barədə rəsmi bəyanat da açıqlayacaq.
Rəsminin fikrincə Əfqanıstan mediasının danışıqların Çində keçiriləcəyinə dair məlumatları iyulun 7-də İslamabadın vasitəçiliyi və ev sahibliyi ilə müsbət tonda keçirilən ilk görüşü gözdən salmaq cəhdidir.