Accessibility links

Dan Börton: İranın nüvə proqramı Azərbaycan prezidentini və Azərbaycan hökumətini çox narahat edir [Audio]


ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsinin sədri Dan Börton
ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsinin sədri Dan Börton

“Azərbaycan həm ABŞ üçün, həm də bölgədə sabitlik üçün çox önəmli ölkədir”. “Biz Azərbaycanı çox önəmli müttəfiq və dost hesab edirik”, - Amerika konqresmeni qeyd edib.

Sentyabrın 4-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsinin sədri Dan Börton Azərbaycanda səfərdə olub. Konqresmen prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər nazirinin müavini ilə görüşüb.

"Azərbaycanın Amerika önəmi" reportajı
please wait

No media source currently available

0:00 0:04:21 0:00
Direct link

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, konqresmen Dan Börton Azərbaycanın regionda mühüm bir dövlət olduğunu vurğulayıb, ABŞ-ın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.
Prezident Əliyev də ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əlaqələrin daha da möhkəmləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmini qeyd edib.

Görüşdə enerji, təhlükəsizlik, Beynəlxalq Sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının uğurlu iştirakı və əməkdaşlığın bir sıra digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cənab Börton görüşlərdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda çoxsaylı müxtəlif məsələləri müzakirə edib. Görüşlər məlumat mübadiləsi baxımından çox faydalı olub. “Biz prezidentlə görüşdə ABŞ-Azərbaycan əlaqələrinin ümumi vəziyyətini, İranla bağlı məsələləri, bölgə ilə bağlı ümumi məsələləri nəzərdən keçirdik. Eyni zamanda, prezidentin son əfv fərmanını müzakirə etdik”.
Konqresmen Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı sualın cavabında deyib ki, onun fikirləri Amerika hökumətinin fikirlərindən fərqli deyil.

Öz növbəmdə onu qeyd etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında mübahisəli ərazilərlə bağlı sülh danışıqlarının davam etməsi çox vacibdir. Eyni zamanda, baş verən son hadisənin sülh danışıqlarına təsir etməməsi çox vacibdir”, - deyə cənab Börton Ramil Səfərovun əfv edilməsinə işarə edib.

O “bu yaxınlarda bir Amerika konqresmeninin İranda yaşayan azərbaycanlıların müstəqilliyini elan etməsinin vacibliyi ilə bağlı hökumətə müraciətindən sonra Siz bunu dəstəkləyən ikinci konqresmen olmaq istəyərdinizmi? sualına “yox” cavabını verib.

“Xeyr, mən sizin qeyd etdiyiniz konqresmenin fikirləri ilə razı deyiləm. Konqresmenlər heç də həmişə bir-birinin fikirləri ilə razı olmur”.

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsinin sədri İran barədə Azərbaycan prezidenti ilə apardığı danışıqlarla bağlı sualın cavabında deyib ki, İranın nüvə proqramının yalnız Azərbaycan deyil, bütün region üçün doğurduğu təhlükə barədə müzakirə aparıb.

İranın nüvə proqramı Azərbaycan prezidentini və Azərbaycan hökumətini çox narahat edir. Qaldı ki, İsrailin İrana qarşı Amerika ilə birgə və ya təkbaşına hərbi əməliyyatlar aparıb-aparmayacağına, İran nüvə proqramını dayandırmazsa hansı mümkün addımların atılacağı ilə bağlı şərh verə bilmərəm. Çünki, mən hansısa bir məlumat açıqlasam bu müəyyən bir vəziyyətin yaranmasına və ya dəyişməsinə gətirib çıxara bilər. Amma, onu deyə bilərərn ki, İran nüvə proqramını indi dayandırmalıdır. Çünki, İsrail hökuməti öz xalqının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır”.

Konqresmen Amerika-Azərbaycan əlaqələrinə və səfir təyinatına erməni lobbisinin təsiri ilə bağlı sualın cavabında bildirib ki, Azərbaycan həqiqətən də çox önəmli və əhəmiyyətli bir ölkədir.
“Burada Amerikanın səfirinin olması çox əhəmiyyətli və önəmli məsələdir. Dünən səfir Riçard Morninqstar etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib. Əminəm ki, cənab Morninqstar işinin öhdəsindən layiqincə gələcək. Azərbaycan həm ABŞ üçün, həm də bölgədə sabitlik üçün çox önəmli ölkədir. Heyfsilənirəm ki, uzun müddət Azərbaycanda Amerikanın səfiri olmayıb. Amerika-Azərbaycan dostluğu çox önəmlidir. Biz Azərbaycanı çox önəmli müttəfiq və dost hesab edirik. Hesab edirəm ki, hər iki ölkə maraqlarından irəli gələn məsələlərin həllini tapmaq üçün gələcəkdə fəaliyyətlərini davam etdirəcək”.

Cənab Dan Börton Azərbaycanda insan hüquqları ilə bağlı məsələlər barədə suala cavabda deyib ki, görüşlərində insan hüquqları məsələləri üzərində çox dayanmayıblar.

“Bu məsələni görüşlərimdə ətraflı müzakirə etmədik. Amma, inanıram ki, Amerikanın insan haqları və müvafiq azadlıqlara verdiyi önəmi Azərbaycan hökuməti və onun yüksək rütbəli rəsmiləri çox yaxşı anlayır. Ona görə də bu məsələlər üzərində ətraflı dayanmağa lüzum görmədik”, - deyə o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG