Azərbaycan xəbər verir ki, Dağlıq Qarabağda erməni qüvvələrlə toqquşma zamanı üç erməni və iki azərbaycanlı əsgər həlak olub. 1994-cü ildən ermənilərin nəzarətində olan Dağlıq Qarabağda tez-tez atışmalar baş verir. Keçmiş insidentlərdə olduğu kimi bu dəfə də tərəflər döyüşün başlanmasına görə bir-birini ittiham ediblər. Erməni tərəfi Çaylı kəndi yaxınlığındakı döyüşdə bir əsgərinin yaralandığını bildirir. Çaylı kəndi cəbhə xəttinin şimalında yerləşir. Erməni tərəfi habelə yeddi Azərbaycan əsgərinin öldüyü və ya yaralandığını bildirir.