Snayerlərin dinc nümayiş zamanı 5 polis zabitini qətlə yetirməsindən sonra Dallas hüquq-mühafizə orqanları 3 şübhəlinin saxlanıldığını, birinin isə öldürüldüyünü bildirir. Azı 6 zabit cümə axşamı şəhərdə düzənlənən etiraz aksiyasında yaralanıb. Etirazçılar polislərin Minnesota və Luiziana ştatlarında iki qaradərili kişini öldürməsinə qəzəblərini ifadə edirdilər.