Accessibility links

Daha üç nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib


Məzahir Pənahov
Məzahir Pənahov
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında
daha 3 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı müraciətlər müzakirə olunub.

Amerikanın Səsi radiousunun məlumatına görə öz təşəbbüsü ilə namizədlikləri irəli sürülmüş Rauf Quliyev, Hidayət Rüstəmbəyli və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi təsdiq edilib.

Daha sonra komissiya prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Cəmil Həsənlinin səlahiyyətli nümayəndələrinin təsdiqinə baxıb.
MSK Cəmil Həsənlinin 20 nəfər səlahiyyətli nümayəndəsinin səlahiyyətlərini təsdiqləyib.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov prezidentliyə namizədlikləri təsdiq olunmuş şəxslərə xəbərdarlıq edib.

O, imza vərəqələrinin MSK-ya çatdırılma müddətinin sentyabrın 9-da başa çatdığını xatırladaraq namizədləri bu vaxta əməl etməyə çağırıb.

MSK sədri həmçinin qeyd edib ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər 785 nəfər MSK-ya müraciət edib.

Qeyd edək ki, indiyə qədər prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı 22 nəfər müraciət edib, onlardan 21 nəfərin namizədliyi təsdiqlənib, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməsindən isə imtina olunub.

Yalnız Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, prezident İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Azərbaycanda bu il prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG