Accessibility links

Daha bir AXCP fəalı həbs edilib


Baba Süleymanov
Baba Süleymanov

AXCP-nin daha bir fəalı həbs edilib.

AXCP-nin məlumatına görə, Baba Süleymanov fevralın 23-də həbs olunub və Yasamal rayon Məhkəməsi fəalı15 sutka inzibati həbsə məhkum edib.

Baba Süleymanovun həbsi ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.

AXCP Baba Süleymanovun həbsinin siyasi fəaliyyəti və sosial şəbəkələrdə fəallığı ilə bağlı olduğunu bildirir. O Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqin texnini hazırlğı ilə məşğul olduğunu yazır.

Artıq iki nəfər qalmışıq... Yeməyimiz bitib. Çörək almağa nə pulumuz, nə də yeməyə həvəsimiz var. Ailə üzvlərimdən ciddi təyziq var. Polislər durmadan məni axtarır. Həbslər davam edir. Ev çox soyuqdur, qalan bir plitka da xarab oldu. İki nəfər soyuqda bir birimizə təsəlli verə- verə sabahkı mitinqi gözləyirik.
Baba Süleymanov, İnizbai həbsdə olan AXCP fəalı

“Yanvar 17-də saat 22-dir. Ard-arda polisdən zənglər gəlir. Yaşadıgım ünvana 7 polis nəfəri gəlib məni axtarırlar... Gizlənmişəm. Yanvarın 18-də polislər hələ qapının agzındadır. Qaldıgımız evdən bayıra çıxa bilmirik. Dayanmadan həbs xəbərləri gəlir. Bizim yeməyimiz bitmək üzrədir. Evdən çıxmağa məcburuq. Digər cəbhəçiləri tapmaq və həbs olunanları dəqiqləşdirmək lazımdır. Evə qayıdırıq. Artıq iki nəfər qalmışıq... Yeməyimiz bitib. Çörək almağa nə pulumuz, nə də yeməyə həvəsimiz var. Ailə üzvlərimdən ciddi təyziq var. Polislər durmadan məni axtarır. Həbslər davam edir. Ev çox soyuqdur, qalan bir plitka (elektrik peçi-red) da xarab oldu. İki nəfər soyuqda bir birimizə təsəlli verə- verə sabahkı mitinqi gözləyirik. Yanvarın 19-da mitinq üçün tribunanı meydana gətirmək və quraşdırmaq lazımdır. Bu vaxtı ora getmək 100 % həbsdir. Amma kimsə getməlidir və cəbhəçi dostum bu riski öz üzərinə götürür. Acından başım gicəllənir, amma meydana getməliyəm. Meydana girirəm və təşkilati işlərlə məşğulam. Xalq meydana axın edir. Mən artıq ağlayıram...” Baba Süleymanov Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqin təşkilatçılarından biri kimi aksiyaya hazırlığın çətinliklkəri barədə facebook səhifəsində belə yazıb.

AXCP sədri Əli Kərimli bu statusa istinad edərək fəalın həbsinə münasibət bildirib: “AXCP fəalı Baba Süleymanovu bu dəfə həbs edə biliblər. 3-4 maşınla, 7-8 nəfərlə Baba bəyi iş yerindən təhlükəli cinayətkarı həbs edirlərmiş kimi aparıblar. Baba bəyə artıq 15 surka inzibati həbs verilib. Əziz həmvətənlər, bu yazını oxuyarkən siz bu mitinqlərin hansı fədakarlıqlar hesabına başa gəldiyini bir daha bildiniz,” Kərimli facebook səhifəsində yazıb.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 42 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiyanın 21 fəalı 200 manatdan 500 manatadək, o cümlədən AXCP sədri Əli Kərimli 2500 manat inzibati qaydada cərimə olunub.

XS
SM
MD
LG