Rusiyanın cənubi Dağıstan respublikasında atışma olub. Nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Çərşənbə günü atışma yerli turistlərin olduğu tarixi qalada olub.
Xəbərlərdə turistlərin meşədən gələn güllə-baran nəticəsində vurulduğu bildirilir. Hücum zamanı 12 nəfər yaralanıb və daha sonra onlardan biri xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib. Məlumatlara əsasən, ölən şəxs sərhəd gözətçisi olub.
Bu kimi hadisələr Dağıstanda tez-tez baş verir. Orada müsəlman separatçılar illərdir Rusiya hökümətinə qarşı mübarizə aparır. Lakin regiondakı turistlərə qarşı hücumlar çox nadirdir.