Accessibility links

Dənizdəki plastiki ölçmək üçün dəniz heyvanlarından istifadə olunur


Dənizdəki plastiki ölçmək üçün dəniz heyvanlarından istifadə olunur
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Dənizdəki plastiki ölçmək üçün dəniz heyvanlarından istifadə olunur

İsrailin Tel-Əviv universitetinin plastiklərin heyvanlara təsirlərini öyrənən alimləri özlərinə okeanda yaşayan köməkçi tapıblar. Onlar öz araşdırmalarında kiçik kalmardan istifadə edirlər.

Bu kiçik heyvan dəniz kalmarıdır, onlar hər yerdədirlər. Elmi olaraq onlar asisdlər sinfinə aiddir.

Tel-Əviv universitetindən Qal Vered onlar barədə məlumat verib.

"Onlar həyatları boyu sadəcə bir yerdə qalırlar və suyu filtr edirlər. Bu, bir növ nasos kimi suyu həyatları boyunca filt kimi təmizləyir", Tel-Əviv universitetindən Qal Vered deyir.

Bu günlər onlar plastiki öz sistemlərindən keçirməyə daha çox vaxt sərf edirlər.

Vered və onun həmkarı Noa Şenkar onları plastiklərin onlara necə təsir etdiyini görmək üçün öyrənirlər.

"Bədənlərinə bu kiçik hissəcikləri qəbul edən superfiltrasiya sistemimiz var. Eyni orqanizm, eyni növdən müxtəlif coğrafi bölgələrdə istifadə edə bilərik və nəhayət, təkamül nəzərindən yanaşsaq onlar insanlara çox yaxındırlar”, Tel-Əviv universitetindən Noa Şenkar deyir.

Bəs bu kiçik jeleyəbənzər canlılar necə insana oxşar ola bilər?

Biz və asisdianlar eyni tipə məxsusuq, biz xordalılarıq. Görünüşcə oxşar olmasaq da, eyni sistemə malikik. Beləliklə biz plastikin onlara təsirini öyrənsək, yəgin ki, eyni tipdən, xordalılardan olanlara plastikin təsiri öyrənə bilərik”, Tel-Əviv universitetindən Noa Şenkar deyir.

Beynəlxalq Ətraf Mühit Hüquqları Mərkəzinin yeni xəbərdarlıq hesabatında plastikin insan orqanizminə və səhhətinə müxtəlif cür təsirlərindən bəhs edilir.

Hesabat dünyada birdəfəlik plastiklərdən kütləvi istifadə nəticəsində yığılmasına qarşı önəmli addımlar atmağa çağırır. Bunu Vered də deyir.

"Plastikin uğuru onun yox olmamasıdır, biz insanların yüzlərlə, minlərlə il davam edə biləcək materiallar icad etdikdən sonra onu birdəfəlik istifadə etməyimiz gülməlidir. Bu tam paradoksdur", Tel-Əviv universitetindən Qal Vered deyir.

Amma tam olaraq bu qədər artan plastik kütləsinin təbiətə, o cümlədən də bizə təsiri hələ də sirrdir … amma bu kiçik heyvan buna cavab tapa bilər.

XS
SM
MD
LG