Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus cümə axşamı deyib ki, koronavirusun bir çox ölkədə yenidən baş qaldırmasına qismən səbəb Şimal Yarımkürəsində gənclərin yay fəslində ehtiyatlı olmamaları olub.
Gənclərin çoxu rəsmilər koronavirus məhdudiyyətlərini aradan qaldırdıqdan sonra açılan barlarda, gecə klubları və çimərliklərdə sosial məsafənin saxlanılması kimi tövsiyələrə məhəl qoymurlar.
Gecə klublarını "yoluxmaları artıran yer" adlandıran Ümumdünya Səhiyyə Təşkilatının epidemioloqu Mariya Van Kerxove “Yoluxmuş gənclərin əksəriyyəti xəstəliyi daha yüngül keçirir. Lakin bu həmişə belə olmur" deyib.
Xəstəliyi yüngül və ya simptomsuz keçirən gənclər virusu daha həssas olan yaşlı insanlara yoluxdura bilərlər.
İyulun 7-də koronavirus testi müsbət olan, keçən şənbə günü isə mənfi çıxan Braziliya prezidenti Cair Bolsonaro 20 gün qapalı vəziyyətdə qaldıqdan sonra ağ ciyərlərində kif olduğunu deyib. Antibiotiklərlə müalicə olunan Bolsonaro COVID-19 barədə dəfələrlə "bir az qripə bənzəyir" demişdi.
Brazil, as of Thursday evening, had 2.6 million confirmed cases and 91,263 deaths, according to the Johns Hopkins Coronavirus Resource Center.
Prezident sarayından verilən məlumata görə, təsdiqlənmiş hallar arasında Braziliyanın birinci xanımı Mişel Bolsonaro da var. Elm və texnologiya naziri Markos Pontesin də koronavirus testinin müsbət olduğunu bildirib. Beləliklə o, açıq şəkildə diaqnoz qoyulan beşinci nazirdir.
İspaniyanın şimal-şərq Kataloniya bölgəsinin lideri gənclərə yığıncaqları dayandırmadıqları təqdirdə hökumətin sərt məhdudiyyətləri bərpa etməyə məcbur olacağı barədə xəbərdarlıq edib.
Britaniyada iyun ayının sonundan bəri yeni COVID hallarının sürətlə artdığı bir vaxt rəsmilər daha çox karantinin lazım ola biləcəyini deyib.
Britaniyanın səhiyyə rəsmiləri cümə axşamı 846 yeni yoluxma halının qeydə alındığını bildirib, səhiyyə və sosial xidmətlər naziri Mat Hankok isə Avropada virusun ikinci dalğasının yayıldığını və Britaniyanın bundan qorunmalı olduğunu deyib.
Britaniya hökuməti Lüksemburqu da ölkənin karantin siyahısına əlavə edib. Bu isə o deməkdir ki, lüksemburqlular Britaniyaya daxil olduqdan sonra 14 gün təcrid olunmalıdırlar.
Botsvananın paytaxtı Qaborone də COVID-19-a təsdiqlənmiş hallarının artmasından sonra cümə axşamı iki həftəlik məhdudiyyətləri bərpa edib.
Bu addım ÜST Afrikada koronavirus məhdudiyyətlərinin yüngülləşdirilməsi əleyhinə xəbərdarlıq etdiyi zamana təsadüf edib. Təşkilat qitədə yoluxanların sayının son bir ayda iki dəfə artdığını bildirib.
Kuba bu günə qədər COVID-19-la mübarizədə nisbətən müvəffəq olsa da, adanın baş epidemioloqu Fransisko Duran cümə axşamı kubalıların da virusa məhəl qoymadıqlarını deyib.