Accessibility links

Dünən sərbəst buraxılan AXCP fəalı yenidən saxlanılıb


Aqil Hümbətov
Aqil Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov aprelin 2-də yenidən saxlanılıb. Onu iki nəfər mülki geyimli şəxs iş yerindən naməlum istiqamətə aparıb. Fəal son dörd gündə ikinci dəfə saxlanılıb.

“Bu gün, aprelin 2-də saat 12-də mənə zəng etdilər ki, Aqili apardılar. Bundan öncə isə bir qadın həyətimizə gəlmişdi ki, guya Aqil onu söyüb. O iki nəfər kişinin də Aqildən şikayət etdiyini dedi. Özünü Hacı xanım kimi təqdim edən qadından soruşdum ki, Aqil onu nə vaxt təhqir edib. Gah dedi bir ay qabaq, sonra dedi on gün qabaq. Soruşdum Aqilin paltarı necə idi, üz cizgiləri necədir? Çaşıb qaldı. Aqilin saxlanılması dünənki tənqidi çıxışı ilə bağlıdır,“ Aqil Hümbətovun həyat yoldaşı Aygül Hümbətova Amerikanın Səsinə deyib.

Aygül Hümbətova hazırda həyat yoldaşının harada olduğu barədə məlumatsızdır.

“Ancaq onu bilirəm ki, üzünə adam qoyub onu həbs etmək istəyirlər. Martın 30-da dəlixanaya salmışdılar. Aprelin 1-də sərbəst buraxdılar. O, dünən Facebook-da canlı yayım edərək başına gələnlərdən, dəlixanadakı acınacaqlı durumdan danışdı. Hökuməti tənqid etdi. Bu gün yenidən saxladılar,” o qeyd edib.

AXCP fəalı martın 30-da saxlanılıb və Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 1-də o, sərbəst buraxılıb. Aqil Hümbətov sərbəst buraxıldıqdan sonra Facebook-da canlı yayımda ölkə başçısına müraciət edib. O, müracitəində sərt tənqidi ifadələr işlədib. Müxalifətçi kimi durumunun ağırlığını, şərlənərək Psixiatriya Xəstəxanasına salındığını, xəstəxanada durumun acınacaqlı olduğunu bildirib.

“Xəstəxanadakı dumum barədə istimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixatriya Xəstəxanasında vəziyyət çox acınacaqlıdır. antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyytədə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstlərə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstlərin sanitar qovşağı tam antisanitariyadır. Adam oraya girə bilməz. Orada virus, mənim işlədiyim zibilxanadan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada ən böyük virus, xəstəlik tüğyan edir,” Aqil Hümbətov qeyd edib.

Rəsmi qurumlar Hümbətovun saxlanılması və xəstəxanadakı durumla bağlı dediklərinə hələ münasibət bildirməyib.

AXCP fəalı bundan öncə də saxlanılıb.

Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG