Accessibility links

Dövlət ittihamçısı gənc fəala 1,6 ay həbs istəyib


Məhəmməd İmanlı
Məhəmməd İmanlı

Noyabrın 30-da Bakının Sabunçu rayon Məhkəməsində Qarabağ mitinqində iştiraka görə həbs olunan gənc fəal Məhəmməd İmanlının məhkəmə prosesi bitib. Bu gün dövlət ittihamçısı məhkəmədən onun barəsində 1,6 il həbs cəzası istəyib.

Yekun məhkəmə iclasi sabah saat 11-də olacaq.

Öz növbəsində, hüquq müdafiəçisi Samirə Ağayeva deyir ki, hakimiyyət gənclərin məhv olunmasına şərait yaratmamalıdır.

"Dəyərli gənclərimiz Aqil Məhərrəm, Orxan Baxışlı, Məhəmməd İmanlı və digərləri günahsızdır, onların təqsirliliyi məhkəmədə sübut olunmayıb, hamısı siyasi məhbus siyahısındadır," o, qeyd edib.

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Sözügedən aksiya ilə bağlı həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalından 12-si noyabrın 16-da azadlığa buraxılıb. Onların arasında partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qarabağ əlili Asif Yusifli də var.

Sözügedən şəxslər Səbail rayon Məhkəməsinin qərarıyla həbsdən çıxıb. Prokurorluq onların ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən iki prokuror vəsatəti təqsirləndirilən şəxslərdən bir çoxunun himayəsində azyaşlı uşaqlarının olması, onları az ağır cinayətdə ittiham edilməsi, daimi yaşayış̧ yerlərinin olması və s. hallarla əsaslandırıblar.

Vəsatətə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxaraq onun təmin olunmasına qərar verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG