Accessibility links

Dövlət Departamenti: Terrorizm hələ də dünyada böyük təhlükədir


ABŞ Dövlət Departamentinin cümə axşamı yeni bir qiymətləndirməsinə görə, terror qrupları keçən il ərzində "dünyada davamlı və geniş yayılmış təhlükə" olaraq qalıb.

Hesabatda keçmiş prezident Donald Trampın Ağ Evdəki son ili, yəni 2020-ci ilin sonunda qərblə birlikdə aparılan anti-terror səyləri ilə bağlı deyilir ki, “Birləşmiş Ştatlar və tərəfdaşları terror təşkilatlarına qarşı əhəmiyyətli addımlar atıblar.” Lakin bununla yanaşı orada "terror təhlükəsinin dünyanın regionlarında coğrafi olaraq daha çox səpələndiyi" da deyilib.

Hesabatda deyilir ki, İslam Dövləti terror qruplaşması İraq və Suriyada ələ keçirdiyi bütün əraziləri itirsə də, “təşkilat və onun qolları dünya miqyasında terror kampaniyası aparmaqda, qlobal miqyasda ölümcül hücumlar həyata keçirməkdə davam edib və 2020-ci ildə əvvəlki illərlə müqayisədə daha çox insan öldürüb."

Hesabatda eləcə də deyilir ki, Əl-Qaidə və onun qolları iki əsas liderini itirsə də, onların şəbəkələri “terror resursları əldə etmək və terror əməliyyatları həyata keçirmək üçün Yaxın Şərqdəki ərazilərdən, münaqişə zonalarından və təhlükəsizlik boşluqlarından sui-istifadə etməyə davam edib."

Dövlət Departamenti belə bir nəticəyə gəlib ki, “Əl-Qaidə xaricdə, əsasən də dünyanın ən fəal və təhlükəli terror qrupları olan Afrikadakı Əl-Şəbab və Saheldəki “Camaat Nəsr Əl-İslam vəl Muslim“in Yaxın Şərq və Afrikada mövcudluğunu gücləndirib.”

Bundan əlavə, hesabatda deyilib ki, "İran 2020-ci ildə regional və qlobal miqyasda terror aktlarını dəstəkləməyə davam edib. İran regional səviyyədə Hizbullah və Həmas da daxil olmaqla, Bəhreyn, İraq, Livan, Suriya və Yəməndəki vasitəçilər və tərəfdaş qrupları dəstəkləyib."

Hesabatda “Əl-Qaidə”nin yüksək səviyyəli rəsmiləri İranda yaşamağa və oradan terror əməliyyatlarını idarə etməyə davam edir. İranın İslam İnqilabı Keşikçiləri Korpusu qlobal miqyasda - Avropa, Afrika və Asiya və hər iki Amerikada terrorçuların cəlb edilməsi, maliyyələşdirilməsi və hücumların hazırlanmasında əsas rol oynamaqda davam edir” deyilir.

Dövlət Departamentinin hesabatında bildirilir ki, qlobal COVID-19 pandemiyası “terror qruplaşmaların üçün mənzərəni dəyişib - onlar üçün həm problemlər, həm də imkanlar yaradıb. Pandemiya terrorçuların səyahətini, maliyyələşdirilməsini və əməliyyatlarını dayandırsa da, terror qrupları öz yanaşmalarını və müraciətlərini uyğunlaşdıraraq, internetdən istifadə edərək, başqalarını radikallaşdırmağa və dünya boyu hücumları təşviq etməyə davam edib."

“İslam Dövləti böhrandan zorakı ekstremist rəvayətləri gücləndirmək üçün istifadə edərək, tərəfdarlarına bu virusun “Allahın Qərbə qəzəbi” olduğunu deyib” - deyə, hesabatda bildirilib.

Hesabatda deyilir ki, davam edən terror təhlükəsinə baxmayaraq, ABŞ İŞİD-in xarici terrorçu döyüşçülərinin təqib edilməsində və müttəfiq ölkələrin qlobal terrorizmlə mübarizəyə cəlb edilməsində “böyük rol oynamaqda davam edir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG