Accessibility links

"Gəncə işi" üzrə dörd nəfər azadlığa buraxılıb


Gəncə işi” üzrə dörd nəfər azadlığa buraxılıb
Gəncə işi” üzrə dörd nəfər azadlığa buraxılıb

Sentyabrın 30-da Bakının Sabunçu rayon Məhkəməsində "Gəncə işi" üzrə təqsirləndirilən növbəti qrup barəsində hökm çıxarılıb. Dörd nəfər təqsirləndirilən şəxs azadlıqdan məhrum edilib, dörd nəfərsə şərti cəza alıb.

Məhkəmə Bəhram Əliyevi 15 il, Həbib Qurbanovu 8 il, Mirzə Hüseynov və Asif Cavadovu 5 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda, şərti cəza alan Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov və Emil Məmmədov məhkəmə zalında həbsdən azad edilərək sərbəst buraxılıb.

Baş prokuror Zakir Qaralov Elmar Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvünün cinayət məsuliyyətinə cəlb edildiyini, 11 nəfər barəsində beynəlxalq axtarış elan edildiyini bildirib.

Müttəhimlər kütləvi iğtişaşların təşkilində və onlarda iştirakda, polis əməkdaşlarına qarşı güc tətbiq etməkdə ittiham olunurlar.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsi Bakının Səbail Rayon Məhkəməsinin binasında baxır.

2018-ci il iyulun 3-də Gəncədə şəhərinin icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə şəhər icra hakimiyyətinin binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib.

Elmar Vəliyev, sabiq Gəncə icra hakimi
Elmar Vəliyev, sabiq Gəncə icra hakimi

Elə həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar baş verdiyi, iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirildiyi barədə məlumat yayıb. Daha sonra dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov Elmar Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvünün cinayət məsuliyyətinə cəlb edildiyini, 11 nəfər barəsində beynəlxalq axtarış elan edildiyini bildirib. 10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşdırılıb və işlər məhkəmələrə göndərilib.

Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib. Sonradan apellyasiya məhkəməsi işin 6 fiqurantını həbsdən azad edib, çoxsaylı insanın həbs müddətini azaldıb.

XS
SM
MD
LG