Sabiq Cənubi Koreya prezidenti Li Myunq-bak cümə günü bir neçə korrupsiya cinayətlərində təqsirli bilinərək 15 il həbsə məhkum edilib.
Li Myunq-bak mart ayından bəri artıq həbsdə saxlanılırdı.
Li məhkəmənin televiziyada, canlı yayımda nümayiş etdirilməsinə etiraz olaraq cümə günü hökmün oxunması prosesində iştirak etməyib.
Məhkəmədə onun 11.5 milyon dollar cərimə ödəməsi barədə də qərar çıxarılıb.
Li prezidentliyi dövründə Samsunq və digər şirkətlərdən milyonlarla dollar rüşvət almaqda və əlaqəsi olduğu şirkətdən təxminən 35 milyon dollar mənimsəməkdə təqsirləndirilir.
Li bütün ittihamları rədd edir və ona qarşı irəli sürülən ittihamların siyasi qisas olduğunu deyir.
Li hakimiyyətdən getdikdən sonra həbs edilən dördüncü Cənubi Koreya prezidentidir.