Accessibility links

Cənubi Koreyanın sabiq prezidentinin həbs cəzası qüvvədə saxlanılıb


Cənubi Koreyanın Ali Məhkəməsi sabiq prezident Park Gin Hinin korrupsiya ittihamı ilə bağlı 20 illik həbs cəzası hökmünü qüvvədə saxlayıb. Daha əvvəl Parkın həbsi Konstitusiya Məhkəməsi tərəfindən qüvvədə saxlanmışdı.

68 yaşlı Park 2016-cı ildə qanunvericilər tərəfindən impiç edilmişdi. Çox sayda insan Cənubi Koreyanın paytaxt Seulun küçələrinə çıxaraq, milyonlarla dollarlıq qalmaqalla əlaqələndirilən ölkənin ilk qadın prezidenti Park Gin Hinin impiç olunmasını bayram etmişdi.

Park layihələrdən şəxsən mənfəət qazanmadığını və ətrafındakıların qanunsuz əməllərindən xəbərdar olmadığını iddia edib.

Bundan əlavə Park 2016-cı il parlament seçkiləri zamanı partiyasının nominasiyasına dair qanunsuz müdaxilədə günahlandırılıb. Buna görə onun cəzasına iki il həbs əlavə edilib.

Cənubi Koreya diktatoru Park Çun-Hinin qızı Park hakimiyyətə 2013-cü ildə gəlmişdi.

Cənubi Koreyanın prezidenti Munun hakim Demokrat Partiyası Park və həbsdə olan digər sabiq prezident Li Myun-Bakın əvfinə çağırıb.

Sabiq Cənubi Koreya prezidenti Li Myun-Bak 2018-ci ildə bir neçə korrupsiya cinayətlərində təqsirli bilinərək, 15 il həbsə məhkum edilib.

Li prezidentliyi dövründə Samsunq və digər şirkətlərdən milyonlarla dollar rüşvət almaqda və əlaqəsi olduğu şirkətdən təxminən 35 milyon dollar mənimsəməkdə təqsirləndirilib.

Li bütün ittihamları rədd edib və ona qarşı irəli sürülən ittihamların siyasi qisas olduğunu deyib.

XS
SM
MD
LG