Accessibility links

Cənubi Asiyada musson yağışlar nəticəsində ölənlərin sayı 152-ə çatıb


Qaqalmari
Qaqalmari

Rəsmilər deyir ki, Cənubi Asiyada musson yağışları nəticəsində baş verən daşqınlar səbəbilə ölənlərin sayı 152-ə çatıb. Üç ölkədə milyonlarla insan və heyvan çətinliklərlə üzləşir.

Nepalda azı 90, Hindistanın Assam ştatında 50, qonşu Banqladeşdə isə 12 nəfər həyatını itirib.

Assamda hökümət rəsmisi Şiv Kumar şənbə günü bildirib ki, Brahmaputra çayının aşıb Kaziranga Milli Parkına daxil olması nəticəsində 10 nadir rast gəlinən təkbuynuzlu kərgədan ölüb.

Ştat boyu təxminən 3700 kənddə 4.8 milyon insan daşqınların təsirinə məruz qalıb. Son 24 saatda yağışlar azalıb. Hindistanın Bihar ştatında da 2.5 milyondan çox insan daşqınlara məruz qalıb.

Rəsmilərin bildirdiyinə görə, 147 mindən çox insan hökümətin idarə etdiyi 755 düşərgəyə sığınıb.

Rəsmilər bəzi yerlərdə sığınacaqlardakı insanlara pis keyfiyyətli düyü və digər məhsullar verən təchizatçılara qarşı tədbir görəcəkləri barədə xəbərdarlıq edib.

Nepalın Ev Nazirliyi təxminən 36728 ailənin musson yağışların təsiriə məruz qaldığını bildirib. Daşqınlar və torpaq sürüşmələri səbəbilə 13 min ailə evlərindən qaçmaq məcburiyyətində qalıb.

Nepalın azı iki rayonunda insanlara helikopterlər vasitəsilə ərzaq məhsulları çatdırılıb.

XS
SM
MD
LG