Accessibility links

“Cənub Qaz Dəhlizi” Avropanın Rusiya qazından asılılığını azaldacaq” [Video]


Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

Ekspertlər Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində rolundan danışıb

Ekspertlər İlham Şaban və Vüqar Bayramov “Cənub Qaz Dəhlizi”nin açılmasını Avropanın və regionun enerji təhlükəsizliyində mühüm hadisə kimi qiymətləndirir. Ekspetlər Azərbaycan qazının Avropanın Rusiya qazından asılılığını azaldacağını deyir.

İlham Şaban
İlham Şaban

“Cənub Qaz Dəhlizi”nin işə düşməsi ilə Azərbaycan böyük qaz yataqlarının işlənməsinə imkan qazandı. Azərbaycan bu qaz layihələrini reallaşdırmaqla neftdən qaza keçidi əldə etdi”. Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhəbri İlham Şaban Amerikanın Səsinə müsahibəsində mayın 29-da açılışı olan "Cənub Qaz Dəhlizi"ndən danışarkən bildirib.

Şabanın firkincə, dəhlizin açılması ilə Azərbaycan “Şahdəniz” qaz yatağı ilə yanaşı, “Abşeron”, “Babək” və sonra açılacaq digər yataqlardan alınacaq qazı stabil bazarlara çıxararaq gəlir əldə edəcək.

Ilham Şaban: “Cənub Qaz Dəhlizi”nin açılması Avropanın enerji təhlükəsizliyində mühüm hadisədir
please wait

No media source currently available

0:00 0:03:27 0:00

“Dəhliz ilkin olaraq 6 milyard, sonra isə 16 milyard kibmetr qazın bazarlara çıxarılmasına imkan yaradacaq. Azərbaycan daha 4 il sonra bu həcmlərin üzərinə 5 milyard qaz əlavə etmək imkanı qazanacaq. 2030-cu ilədək Azərbaycan qaz həcmini 31 milyard kubmetrədək artqrmaq imkanı əldə edəcək”.

Ekspert bildirir ki, 2020-ci ilin birinci rübündə Azərbaycan qazının Avropa bazarlarına çıxarılması baş tutacaq.

“Müqavilə şərtlərinə görə, əgər bu baş tutmasa qazı alan şirkətlər təzminat ödəməli olacaqlar”, o qeyd edib.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, Azərbaycan öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək.

“Dəhliz Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək”.

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

Ekspertin fikrincə, birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq.

“Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək”.

Bayramov bildirir ki, qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir.

“Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırır. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq”, o qeyd edir.

XS
SM
MD
LG