Accessibility links

2026-cı il Dünya Kubokuna ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək


Beynəlxalq futbol federasiyası FIFA Birləşmiş Ştatlar, Meksika və Kanadanın 2026-cı ildə keçiriləcək Dünya Kubokuna birlikdə ev sahibliyi etmək ərizəsini qəbul edib.

FIFA-nın prezidenti Cianni İnfantino bu qərarı çərşənbə Moskvada təşkilatın konqresində elan edib.

“Artıq qalib seçildi. FIFA konqresi 2026-cı il Dünya Kubokunun keçirilməsi üçün Kanada, Meksika və Birləşmiş Ştatları seçib”- deyə, o bildirib.

FIFA-ya üzv ölkələr bu üç ölkədən ibarət qrupu 134 lehinə 65 əleyhinə səs fərqi ilə seçib.

Planlaşdırılmış 80 oyundan 60-I Birləşmiş Ştatlarda, digər 20 oyun isə Meksika və Kanadada baş tutacaq.

2026-cı ildə keçiriləcək Dünya Kuboku Çempionatı 48 komandanın yarışdığı ilk Dünya Kuboku olacaq.

2018-ci il Dünya Kuboku cümə axşamı başlayır. İlk Oyun çempionata ev sahibliyi edən Rusiya ilə Səudiyyə Ərəbistanı arasında baş tutacaq.

2022-ci ildə çempionat Qətərdə keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri 2022-ci ildən bəri ilk dəfə görüşüb
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 11:27 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Trampın Ukraynada müharibəyə son qoymaq səyləri. ABŞ administrasiyasının Xəzər regionunda prioritetləri.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:04 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG