Keçmişdə kinoları montaj edəndə istənməyən kinoplyonkanı kəsib yeni görüntülərlə əvəzləyirdilər. CRISPR genə düzəliş texnogiyası da demək olar ki buna bənzər iş görür, amma hüceyrə səviyyəsində. Tədqiqatçılar deyir ki, onlar bu texnologiyadan istifadə edərək artıq bəzi genetik xəstəlikləri müalicə etməyə çox yaxındırlar.
Burdan görmək bir az çətindir, amma dəniz anası geni yeridilən bu siçovulların yaşıl, flyuoresent ayaqları var.
Amma digərləri bütöv olaraq yaşıl doğulub.
Britaniyalı tədqiqatçılar CRISPR genə düşəliş texnologiyasından istifadə edərək yaşıl rəngin böyük hissəsini yox edə bilib.
“Biz yaşıl olan embrionu alırıq və əgər CRISPR-CAS9-dan istifadə edərək tətbiq etdiyimiz genə düzəliş strategiyamız işə yarayırsa, həmin embrionları çıxarırıq. Biz yaşıl olan və ya olacaq embrionları yaşıl olmayan ebrionlara çeviririk”, Bat Universitetindən Dr. Antoni Perri bildirir.
Bu genetiklər deyir ki, onlar yaxın gələcəkdə CRISPR texnologiyası vasitəsilə insan xəstəliklərinə qarşı mübarizə apara biləcəklər.
“Gələn beş ildə bu texnologiya mal-qara və donuzlarda insan xəstəlikləri üçün istifadə olunacaq”, Perri söyləyir.
Proses əslində çox sadə görünür: pis gen ardıcılığı kəsilib normal funkiyası olan genlə əvəzlənir.
Bunun irəli sürdüyü imkanlar genişdir və həyəcan verir. Genetik səbələrdən dolayı yaranan bir çox xəstəlik mövcuddur və demək olar onları artıq müalicə etməyin yolu var.Cennifer Dudna
“Bunun irəli sürdüyü imkanlar genişdir və həyəcan verir. Genetik səbələrdən dolayı yaranan bir çox xəstəlik mövcuddur və demək olar onları artıq müalicə etməyin yolu var”, Berklidə deyləşən Kaliforniya Universitetindən Cennifer Dudna söyləyir.
Bunlar oraq hüceyrə anemiyası kimi tək bir qüsurlu genin səbəb olduğu xəstəliklərdir.
Texnologiya həm də bitkilərin artım sürətini və qida dəyərini yaxşılaşdıra bilər.
“Genetik xəstəlik pasientin DNT-sindəki hərf ardıcılığı ilə müəyyən olunur”, Dudna deyir.
Lakin bu texnologiyadan hamı məmnum deyil.
Bəzi etiklər yaxın gələcəkdə texnologiyadan öncədən dizayn olunmuş körpələrin dünyaya gətirilməsi üçün istifadə olunacağından narahatdır.