Accessibility links

“Mətnində “Urmu”, “Göl” sözləri olan SMS-lərə qadağa qoyulmuşdu” (AUDİO/FOTOLAR)


“Mətnində “Urmu”, “Göl” sözləri olan SMS-lərə qadağa qoyulmuşdu” (AUDİO/FOTOLAR)
“Mətnində “Urmu”, “Göl” sözləri olan SMS-lərə qadağa qoyulmuşdu” (AUDİO/FOTOLAR)

İnsafəli Hidayət deyir ki, İran parlamentinin üzvlərindən biri bildirib ki, azərbaycanlılar Urmiyə gölünün ətrafından köçüb digər yerlərdə özlərinə həyat qursunlar və dövlət də bu insanlara kompensasiya ödəsin. Azərbaycanlılar isə bu sözləri təhqir kimi qəbul edib, bu hadisəyə etiraz etməyə başlayıb. Əvvəlcə Təbrizdə stadionda 60 min insan “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” şüarları səsləndirib.

İrandan daxil olan qeyri-rəsmi xəbərlərə görə, avqustun 27-i və 28-də İranın azərbaycanlılar yaşayan Urmiyə və Təbriz şəhərində insanlar kütləvi etiraz aksiyalarının qarşısı hökumət qüvvələri tərəfindən zorakılıqlarla alınıb.

Amerikanın səsinin əməkdaşı İnsafəli Hidayətin İrandan aldığı ən son məlumata görə, hadisələr zamanı 1 həlak olub, 60 nəfər nəzarət altına alınıb, onlarla yaralanan var. Onun müsahibəni ixtisarla sizə təqdim edirik:

Sual: Bu aksiyaların kökündə duran başlıca məsələ nədir?

Cavab: Urmiyə şəhərinin millət vəkilləri Urmiyə gölünün qurumasının qarşısının alınması məqsədi ilə 2 milyard 500 milyon tümən pul ayrılması barədə İran parlamentinə qanun layihəsi təqdim etmişdilər. Ancaq parlament bu layihəni rədd etdi və millət vəkillərindən biri bildirdi ki, azərbaycanlılar Urmiyə gölünün ətrafından köçüb digər yerlərdə özlərinə həyat qursunlar və dövlət də bu insanlara kompensasiya ödəsin. Azərbaycanlılar isə bu sözləri təhqir kimi qəbul edib, ona etiraz etməyə başladı. Əvvəlcə stadionda 60 min insan “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” şüarları səsləndirdi. Təbrizdə toqquşmalardan sonra bir neçə nəfər saxlanıldı, ancaq aksiyalar Urmiyədə davam etdirildi.

İlk dəfədir ki, İran Azərbaycanından xəbərlər belə sürətlə xaricə cıxır. Bu xəbərlərə əsasən söyləmək olar ki, şəhərlərdə güclü etiraz aksiyaları olub.

Sual: Bu aksiyalar kim tərəfindən təşkil olunub? Və nəzərə alsaq ki, İranda aksiya icazəsi almaq çox çətindir, nümayişlər necə həyata keçirilib?

Cavab: Doğrudur, İran qanunlarına görə icazəsiz aksiya keçirmək qadağandır. Amma İran Azərbaycanında bir hiss var, mənafelər var. Onların narahatlıqları Urmiyə gölünün quruması ilə bağlıdır. İnsanlar orada SMS-lərlə yayırdılar. Bəzi dövlət təşkilatları isə günləri fərqli elan edərək insanlara SMS göndərirdilər.

Sual: Adətən İranda baş verən aksiyalar, misal üçün iki il əvvəl prezident seçkilərindən sonralı aksiyalar dünya mətbuatının gündəmində idi. Bugünki hadisələr bir qədər regional olsa da, İran daxilində başqa bir kütləvi aksiyadır. Ancaq dünya mətbuatı nədənsə diqqətini bu məsələyə o qədər yönəltmir. Buna səbəb nədir?

Cavab: İrandakı beynəlxalq media nümayəndələri Tehranda yerləşirlər. İran Azərbaycanı Tehrandan 600-700 kilometr, xüsusilə Urmiyə şəhəri ilə 900 kilometr aralıdır. Medialar ora getmək üçün icazə almalı idilər. Ona görə ora getməkdə problemlər yaranıb. Digər tərəfdən medialar o qədər də İran Azərbaycanını ciddi izləmirlər. Başqa bir tərəfdən azərbaycanlıların özlərinin bir müstəqil mediaları olmadığı üçün azərbaycanlıların xəbərləri xarici çıxarılmır. Habelə deməliyəm ki, prezident seçkilərindən sonrakı etirazlara azərbaycanlıların qatılmaması indi fars mediaların bu məlumatları işıqlandırmamasına səbəb olub.

XS
SM
MD
LG