Accessibility links

"Avropa Rusiyaya qarşı güclü və birgə mövqeyini davam etdirməlidir"


Britaniya xarici işlər naziri Vilyam Heyq deyib ki, Avropa Rusiyanın Ukraynanı ilhaq etməsinə güclü və birgə reaksiyasını davam etdirməlidir.

Heyq bu gün Avropa İttifaqının xarici işlər nazirləri ilə Afinada Rusiyaya qarşı sanksiyaların gündəmdə olacağı görüşdə iştirakdan əvvəl bu barədə danışıb.

O, Ukrayna sərhədi yaxınlığında cəmləşən rus qoşunlarının yalnız cüzi hissəsinin geri çağırıldığını deyib.

Qərb ölkələri ötən ay ABŞ və müttəfiqlərin etirazlarına məhəl qoymadan Rusiyanın Krım yarımadasını ilhaq etməsinə cavab olaraq artıq sanksiyalara dair razılığa gəlib.

Rusiya silahlı qüvvələri ötən ay Moskvanın dəstəklədiyi Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyətdən devrilməsinin ardınca yarımadıya daxil olub.
XS
SM
MD
LG