Accessibility links

COVID-19-a qarşı peyvəndin edildiyini isbat edən kart


COVID-19-a qarşı peyvəndin edildiyini isbat edən kart
please wait

No media source currently available

0:00 0:02:51 0:00

COVID-19-a qarşı peyvənd alanların sayı artdıqca səhiyyə üzrə mütəxəssislər peyvəndin kimlərə vurulduğunu necə sübut ediləcəyi barədə düşünür.

Qısa bir forma - sağlamlıqla bağlı bir neçə sual, peyvənd, sonra da peyvənd kartı. Bu, ABŞ-da COVID-19 peyvəndi alanlar üçün standart prosesdir. Peyvənd kartı səhiyyə işçisinin əllə doldurduğu kiçik bir kağızdır.

Merilend ştatından müəllimə Maral Sivaslian bunu bu yaxınlarda əldə edib. “Mənə dedilər ki, bunu itirməməliyəm. Bu mənim yanımda olmalıdır və ikinci dozanı qəbul edəndə özümlə aparmalıyam.”

Peyvənd kartı üç həftədən sonra ikinci dozanın vaxtının gəldiyini xatırladır. Eyni zamanda bu kart elektron qeydlərinin aparılması üçündür. Litcin Tan: "Beləliklə, ABŞ-da ştatında COVID-19 peyvəndi alan hər kəs barədə məlumat elektron qaydada qeydiyyata alınır."

Lakin Tan peyvənd sertifikatının asanlıqla saxtalaşdırıla biləcəyini və Ümumdünya Səhiyyə Təşkilatının yeni bir sistem üzərində düşündüyünü deyir. "Fikrimcə, bu məlumatı təsdiqləməyin bir yolu olmalıdır, təhlükəsiz rəqəmsal bir şeyə sahib olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı belə sertifikatın olmasını istəyir."

Ümumdünya Səhiyyə Təşkilatının artıq müəyyən ölkələrə daxil olmaq üçün rəsmi peyvənd qeydinin olduğu Sarı Kartı var. Belə bir kartın COVID-19 peyvəndi üçün də edilməsi düşünülür. Beynəlxalq Hava Yolları Birliyi peyvənd səyahət kartları təklif edir. “Səyahət kartı müştərilərin telefonlarına yükləməli olan bir apllikasiyadır. Bu, ya Apple iOS, ya Android Google Play, yaxud da hava yolları şirkətlərinin applikasilyalarıdır. Bu yolla insanlar özlərini rəqəmsal yolla müəyyən edə bilər.”

Beynəlxalq İqtisadiyyat Forumu da bənzər bir rəqəmsal pasport - Common Pass adlı bir tətbiqetmə üzərində işləyir. Bu, bütün tibbi məlumatları saxlamaq üçün bir IBM platformasıdır. IBM Watson Health-dən Erik Priscini: “ABŞ-da hamıdan peyvəndlə bağlı məlumatları ştata göndərmələri tələb olunur. Dövlət bu məlumatları qeydiyyat səhifələrində saxlayır və biz indi platformanı qeydiyyat səhifələri ilə birləşdirmək üzərində işləyirik ki, həmin məlumatları sizə də açıqlaya bilək.”

Ancaq belə bir tətbiq hər kəsin ağıllı telefonu olmadığını deyən insan haqları fəallarını narahat edir.

XS
SM
MD
LG