Accessibility links

Ən böyük peyvənd istehsalçısı üç ölkəyə COVID-19 peyvəndlərinin ixracını təxirə salır


Dünyanın ən böyük peyvənd istehsalçısı ən azı üç ölkəyə COVID-19 peyvəndlərinin təxirə salınacağını bildirib. Hindistanın Serum İnstitutu Braziliya, Mərakeş və Səudiyyə Ərəbistanına vaksinlərin gecikdirilməsinə Hindistanın vaksinə olan böyük ehtiyacının səbəb olduğunu bəyan edib.

Hindistanda infeksiyalar artmaqdadır. Cənubi Asiya ölkəsi Amerika Birləşmiş Ştatları (29,7 milyon) və Braziliyadan (11,9 milyon) sonra 11,6 milyon ilə üçüncü ən çox koronavirus yoluxmasına sahibdir.

Hindistanın Serum İnstitutu Hindistanda istifadə edilən peyvəndlərdən daha çox vaksin satdığı və ya bağışladığı üçün tənqidlərə məruz qalıb.

Bu arada Braziliya Xarici İşlər Nazirliyinin twitter səhifəsində yüksək dozada koronavirus peyvəndinin idxalı üçün ABŞ-la danışıqlar aparıldığı bildirilib.

Bu Cənubi Amerika ölkəsində son 24 saat ərzində 79069 yeni koronavirus infeksiyası faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin şənbə günü bildirdiyinə görə, COVID-19 səbəbi ilə 2400-dən çox insan həyatını itirib.

ABŞ və Braziliya arasında danışıqlar martın 13-də başlayıb.

Cümə günü ABŞ 4 milyon doza AstraZeneca peyvəndinin Kanada və Meksikaya borc verildiyini elan edib, lakin Braziliyadan bəhs etməyib.

ABŞ-da Britaniyanın Oxford Universiteti, Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş, lakin hələ ABŞ-da istifadəsi təsdiqlənməmiş əczaçılıq nəhəngi tərəfindən hazırlanan milyonlarla doza peyvənd var.

Bir sıra Avropa ölkəsi yeni infeksiya dalğaları ilə mübarizə aparmaq üçün şənbə günü yeni koronavirus məhdudiyyətləri tətbiq edib. Cümə günü Paris və ölkənin şimal və cənub bölgələrində məhdudiyyətlər tətbiq edildikdən sonra Fransa əhalisinin təxminən üçdə biri kilid altındadır.

Səhiyyə Nazirliyindən şənbə günü verilən məlumata görə, Fransada 4300 nəfər reanimasiya şöbəsindədir. Fransadakı təxminən 6,1 milyon insan ilk COVID-19 vaksini ilə təmin edilib. Bu isə yetkin əhalinin 12 faizindən az deməkdir.

Noyabr ayından bəri ən çox gündəlik yoluxmalar qeydə alınan Polşada yeni məhdudiyyətlər tətbiq edilib, ehtiyac olmayan mağazalar və digər obyektlərin üç həftə bağlanmasına göstəriş verilib.

Yalnız ərzaq bazarlarının açıq qalmasına icazə verilən Ukraynanın paytaxtı Kiyevdə mağazalar da bağlanıb.

Fransa, Almaniya və İtaliya səhiyyə işçiləri qan laxtalanmasına səbəb ola biləcək narahatlıqları aradan qaldıraraq, AstraZeneca tərəfindən hazırlanan koronavirus peyvəndinin istifadəsini cümə günü davam etdirib.

ABŞ-ın Florida ştatının Miami Beach səlahiyyətliləri axşam 8-dən etibarən komendant saatı tətbiq edib.

COVID-19 pandemiyası səbəbindən qlobal tamaşaçıların yay Olimpiya oyunlarını izləməsi üçün Yaponiyaya girişi qadağan ediləcək. Komitə xaricdə yaşayan sakinlərin aldığı biletlərin pulunun geri qaytarılacağını deyib.

Pandemiya keçən il Olimpiya oyunlarının təxirə salınmasına səbəb olmuşdu, lakin təşkilatçılar xəbərdarlıqlara baxmayaraq, bu il oyunlarına ev sahibliyi edəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG