Accessibility links

COVID-19 vaksinin üzləşəcəyi çətinliklər


Ekspertlər deyir ki, COVID-19-a qarşı vaksin olmayanadək iqtisadiyyat tam olaraq bərpa olmayacaq.

Lakin rəy sorğuları göstərir ki, vaksin hazır olandan sonra amerikalıların üçdə biri vaksin vurdurmağı düşünmür.

Bu isə o deməkdir ki, pandemiyaya son qoymaq və insanların işə dönmələrini təmin etmək təkcə tibbi elm məsələsi deyil, həm də sosial elm məsələsidir.

Yeni hesabata əsasən, tibbi məsələlərin həllinə milyardlarla dollar pul xərclənsə də, bu pulların heç biri sosial məsələlərin həllinə yönəlməyib.

“Sadəcə kliniki baxımdan uğurlu vaksin olmur. Həm də ictimaiyyət tərəfindən qəbul edilən vaksin olmalıdır,” hesabatın həm-müəllifi mədəni antropoloq və Cons Hopkins Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin baş elmi işçisi Monika Şoç-Spana bildirib.

Alimlər misli-görünməmiş sürətdə COVID-19-a səbəb olan koronavirusa qarşı təhlükəsiz və effektiv vaksin inkişaf etdirməyə çalışırlar. Lakin Soç-Spana deyir ki, “insan faktorlarını anlamağın vacibliyinə diqqət yetirilməyib.”

Bu səbəbdən də o və 22 digər həm-müəlliflər, o cümlədən epidemioloqlar, vaksinoloqlar və sosial elm üzrə mütəxəssislər hansı boşluqların doldurulmalı olduğunu göstərən hesabat hazırlayıblar.

Milli Yetişkin və İnfluenza İmmunizasiyası Sammitinin həm-sədri L.J. Tan qeyd edir ki, vaksin əleyhdarları “çox effektiv şəkildə anti-vaksin hərəkatlarını COVID-19-la bağlı bəzi siyasi məsələlərlə əlaqələndirə biliblər”, bağlama tədbirləinin əleyhinə çıxıblar, maska taxmaqdan imtina ediblər.

Soç-Spana isə deyir ki, Tramp administrasiyasının bəzi ritorikaları da insanlarda inam yaratmağa yardım etməyib.

Məsələn, vaksin proqramına “Yüksək sürətli Əməliyyat” adı verməsi təhlükəsizlik əvəzinə cəldliyə üstünlük verildiyinə dair təəssürat yaranır.

Administrasiya hidroksiklorokin dərmanının COVID-19-a qarşı effektiv olduğunu təkid etməyə davam etməklə tibb mütəxəssislərinə xələl gətiriblər, çünki qızıl-standartlı araşdırmalar bu dərmanın effketiv olmadığını müəyyən edib.

Bir rəy sorğusunun nəticələri göstərir ki, sorğu iştirakçılarının 36 faizi prezident Donlad Trampın vaksini dəstəkləməsi nəticəsində vaksin olmaq ehtimalları azalacaq, 14 fazinin isə artacaq.

Bundan əlavə COVID-19-un qeyri-mütənasib təsirinə məruz qalan qaralar da vaksinə ən çox tərəddüdlə yanaşanlar arasındadır. Rəy sorğuları göstərir ki, afrikalı amerikalıların 25-44 faizi vaksin vurmayacaqlarını bildirir.

Şoç-Spana deyir ki, bu, onların hazırda səhiyyə sistemi tərəfindən üzləşdirkləri diskriminasiya ilə yanaşı həm də afrikalı amerikalılar üzərində 20-ci əsrdə keçirilən qeyri-etik tibbi eksperimentlərin nəticəsidir.

Vaksin hazır olanda, ilk başda hər kəsə yetəcək qədər vaksin olmayacaq.

“Buna görə, də məhdud vaksinlərin ilk kimə vurulacağı ilə bağlı qərar verilməlidir. Bu isə təkcə texniki qərar deyil. Bu həm də sosial dəyərlərə əsaslanan bir qərardır,” Şoç-Spana deyir.

XS
SM
MD
LG