Koul Moran kor doğulub. Onda eləcə də, zehni yubanmalar və digər anadangəlmə qüsurlar var. Buna görə də o, hər şeyi eşitməklə qavrayır. Bütün bunlara baxmayaraq, 12 yaşlı bu uşaqda doğulduğundan bəri musiqiyə böyük sevgi var.
Koul atası ilə birlikdə evdə tez-tez musiqi ifa edir. Lakin Koul doğulanda atası Frenki bunu ağlına belə gətirməzdi. “Doğulanda, mən onda hamımızda olduğu kimi göz görmədim. Mənim ürəyim düşdü. O, doğrudan da kor idi.”
Həm bəstəkar, həm də müğənni olan ata evdə oynayarkən oğlunun həmişə musiqi alətlərinə toxunduğunu deyir. Koul təxminən bir yaşında olanda oyuncaq pianoda musiqi notları seçməyə başladı. “Elə o vaxtlar biz onun gözəl musiqi qabiliyyətinin olduğunu gördük, Məsələn, əgər o, hansısa melodiyada səhv not götürürdüsə, həmin nota bir də qayıdırdı. Bu isə o demək idi ki, o, eşidə bilir.”
Koul musiqi alətini 4 yaşında ikən seçdi - harmonika. “Lakin o çalmağa 6-7 yaşlarında başladı. Bir melodiyanı eşidən kimi dərhal təkrar edirdi.”
Koulda Skoliosis xəstəliyi var idi ki, hər 6-9 aydan bir, böyüyənədək ona tibbi əməliyyat olunmalı idi. Son 3 ildə ona 5 cərahhiyə əməliyyatı olunub. Əməliyyatdan bir neçə həftə sonra o yenidən məşq edir, çalıdğı musiqini yazır və qulaq asır.
Keçən il ata-oğul komandası yaşadıqları Merilend ştatının Berlin şəhərində keçirilən müsabiqədə ikinci yeri tutdular. Arabir Koul atası ilə birlikdə Berlindəki kafedə “Kor külək” adı ilə konsertlər verir. (http://www.colemoran.com/) O artıq burada məşhurdur. Bu ilin aprel ayında onun ilk CD-si də çıxıb.
“Bu, gözəl haldır, Hələ uşaq ikən musiqi onun üçün hər şey idi. Indi də belədir. O, nəsə edə bilir və ömrünün axırınadək sevdiyi işlə məşğul olacaq.” deyə, Koulun anası Cenni bildirir.
Atası deyir ki, Koul məktəbi bitirəndən sonra onlar, yəni “Kor külək” ölkə boyu gəzərək, konsertlər verməyi planlaşdırır.