Çərşənbə axşamı Atlanta şəhərindəki üç masaj salonunda 8 nəfəri öldürən 21 yaşlı Robert Aaron Lonq bir neçə saat sonra həbs edilib və cinayətlərini etiraf edib.
Lakin onun altı Asiya mənşəli amerikalı qadını və digər iki nəfəri öldürməsinin federal hökumət və ştatın ən ağır cəzaya məhkum edəcəyi nifrət zəminində olub-olmadığı bəlli deyil.
Asiya mənşəli amerikalıların ölkə boyu hücumlara məruz qaldığı bir vaxt, Corciya ştatının hüquq-mühafizə orqanlarının rəsmiləri çərşənbə günü deyib ki, Lonq hücumları irqi zəmində deyil, "tamahı" aradan qaldıraraq “seks asılılığına” qarşı mübarizə aparmaq məqsədilə etdiyini deyib.
Asiyalı-amerikalı fəallar isə Lonqun iddia etdiyi səbəbin onu mühakimə etmək üçün tez olduğunu deyir. İstintaqa cəlb olunan polis və hüquq-mühafizə orqanlarının işçiləri Lonqun dediklərinə bütün dəlillər aşkar edilmədən inanıb.
"Hüquq-mühafizə orqanlarının qatilin sözünə inanaraq, o, "bu nifrət zəminində cinayət deyil" deyir deməsini hararda görmüsünüz" - deyə, Nyu-Yorkdakı Asiya- Amerikalı Vəkillər Kollegiyası idarə heyətinin üzvü Kris Kvok bildirir.
Federal Təhqiqatlar Bürosu nifrət zəminində cinayəti “bir şəxsə və ya əmlaka qarşı irq, din, əlillik, cinsi oriyentasiya, etnik mənsubiyyəti səbəbilə qərəzli cinayət əməli” kimi qiymətləndirir.
Çərşənbə axşamı yayımlanan “Stop AAPI Hate“in (Asiyalı amerikalılar və Sakit okean adalılarından olan insanlara qarşı nifrətə son) yeni hesabatında deyilib ki, COVID-19 pandemiyası elan edilməsindən bir müddət sonra 2020-ci il martın 19-dan - 2021-ci il fevralın 28-nə qədər asiyalılara qarşı nifrətlə bağlı 3795 hadisə qeydə aldınıb. Onlardan 500-dən çoxu 2021-ci ildə baş verib.