Accessibility links

Corc Mitçellin İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqları nəticəsiz başa çatıb

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçellin İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqları nəticəsiz başa çatıb

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçellin İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqları nəticəsiz başa çatıb. Bu həftəni regionda keçirən cənab Mitçell Fələstinin İsraillə birbaşa danışıqlarda qalmasına çalışıb. Sabah İsrailin İordan çayının qərb sahilində inşaat işlərinə dair moratoriumunun müddəti başa çatır. Fələstinlilər sülh danışıqlarının davam etdirilməsi üçün moratoriumu əsas şərt kimi irəli sürür. Fələstinlilərin sülh müzakirəçisi Saeb Erekat İsrailin inşaat deyil, sülhü seçəcəyinə ümid bəslədiyini deyib. Mahmud Abbas gələn həftə ərəb rəsmilərlə məsləhətləşdikdən sonra danışıqlar barədə qərarını açıqlayacağını bildirib.Ərəb Liqasının toplantısı çərşənbə günü keçiriləcək.

XS
SM
MD
LG