Accessibility links

Con Herbst: "İnsanların ölkədaxili siyasətlərinə nəzarət etmələri Putinin xoşuna gəlmir"


Con Herbst: "İnsanların ölkədaxili siyasətlərinə nəzarət etmələri Putinin xoşuna gəlmir"
please wait

No media source currently available

0:00 0:05:56 0:00

Vaşinqtonda Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynada və Özbəkistanda keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Qazaxıstanda baş qaldıran etirazları şərh edib.

Amerikanın Səsi: Səfir Herbst, Qazaxıstandakı iğtişaşın səbəbi nə idi? Son hadisələri yanacaq qiymətlərinə etiraz olaraq qiymətləndirmək olarmı? Yoxsa son illərin görünməmiş nümayişlərinə gətirib çıxaran başqa kök səbəblər varmı?

Con Herbst: Mən bunun təkcə benzin qiyməti ilə əlaqəli olduğunu düşünmürəm. Məncə bu, etirazların sadəcə olaraq başlamasına səbəb oldu. Bu, müəyyən mənada, 2011-ci ildə Qazaxıstanın qərbində neft işçilərinə qarşı rəftarla bağlı xəbərlər yayılanda baş verənlərə bənzəyir. Budəfəki etirazları qeyri-adi edən onların sürətlə yayılması oldu. Belə görünürdü ki, etirazçılar polis binaları, Almatıda hava limanı və sairəni ələ keçirirdi. Bu onu göstərir ki, bunun arxasında bir az təşkilatçılıq var idi. Və Nazarbayev ailəsinin və özünün növbəti günlərdə ölkəni tərk etməsi ölkəyə mümkün nəzarət üzərində siyasi mübarizənin olduğunu deməyə əsas verir. Mən bunu sübut edə bilmərəm, amma məncə səbəb təkcə LNG (mayeləşdirilmiş təbii qaz) qiymətlərinin artması olsa idi, mümkündür ki, rəsmilər vəziyyəti idarə edə bilərdi. Amma bəlkə də rəsmilər özləri bölünmüşdü. ​

Amerikanın Səsi: Prezidet Qasım Comərt Tokayev deyib ki, ölkədə asayiş bərpa olunub və onun hökuməti etirazları yatırmaq üçün Rusiyanın başçılıq etdiyi qoşunların yardımı ilə nəzarəti ələ alıb. Bundan sonra nə gözlənilir?

Con Herbst: İlk öncə həmin qoşunlara diqqət yetirək, onlar ölkəni tərk edəcəklərmi?

Belə görünür ki, vəziyyət sakitləşib, ona görə də onların yaxında tərk etmələrini gözləmək olar.

Mən həmçinin əlavə edərdim ki, əgər qoşunlar qalsa, ələlxüsus da, onlar Qazaxıstanın şimalında qalsalar, bu çox qeyri-adi olacaq, çünki həmin ərazidə kifayət qədər etnik rus var. Ora həmçinin Qazaxıstanın karbohidrogen ehtiyatlarının əksəriyyətinin olduğu ərazidir.

Və biz bilirik ki, Rusiyada Qazaxıstanın və ya ən azından Qazaxıstanın şimal hissəsinin Rusiyaya qaytarılmaslı olduğunu deyənlər var.

Amerikanın Səsi: Qazaxıstandakı qeyri-sabitlik Orta Asiyadakı başqa ölkələrə yayıla bilərmi? Belə bir ehtimal varmı?​

Con Herbst: Məncə hər ölkə fərqlidir və hər ölkədə fərqli problemlər var.

Ona görə də mən bunu başqa yerlərə yayılacaq nəyinsə başlanğıcı olaraq görmürəm.

Amma Qazaxıstandakı rejim avtoritardır.

Orada ciddi iqtisadi problemlər mövcuddur. Əhalinin böyük bir hissəsi ölkədə mövcud olan neft sərvətindən bəhrələnmir.

Aydındır ki, bunlar qeyri-sabitliyə gətirib çıxarır. Amma mən deyə bilmərəm ki, Qazaxıstanda baş verənləri gözləyirdim. Belə görünür hər şey qəflətən baş verdi. Yenə də deyirəm mən yaxınlarda başqa bir yerdə bənzər bir şeyin baş verəcəyini gözləmirəm.

Amerikanın Səsi: Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr prezidentin çağırışından sonra Qazaxıstana qoşun göndəriblər. Ən son isə Rusiya Prezidenti Vladimir Putin deyib ki, o, Moskva ilə müttəfiq olan hökumətlərin "rəngli inqilablar"la devrilməsinə imkan verməyəcək. Sizin buna münasibətiniz nədir? Qazaxıstandakı ən son hadisələrin Rusiyaya təsiri nədir?​

Con Herbst: Birincisi, Putinin açıqlaması təxminən son 20 ildir Ukrayna, Gürcüstan və başqa ölkələrdəki hadisələrlə bağlı etdiyi açıqlamalara bənzəyir.

Amma Qazaxıstanda baş verənlərin “rəngli inqilab” olduğunu demək olmaz.

Yenə deyirəm, ən çox ehtimal olunan izahat odur ki, yanacaq qiyməti, LNG qiyməti ilə bağlı etiraz oldu, ardınan isə elita üzvləri bir-biriləri ilə mübarizə aparmağa başladılar.

Amma bu bir daha xatırladır ki, insanların öz ölkədaxili siyasətlərinə nəzarət etmələri Putinin xoşuna gəlmir. Bizim bunu xatırlamağa ehtiyacımız yoxdur, amma bu əlavə xatırlatmadır. Rusiyanın qoşun göndərməyə razılaşması da onu göstərir ki, onlar lazım gəlsə küçələrdə iğtişaş törətməklə rejimin dəyişməsinin qarşısını alacaqlar.​

Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken bazar günü deyib ki, Vaşinqton Qazaxıstan rəsmilərindən daxili məsələni həll etmək üçün Rusiyanın başçılıq etdiyi təhlükəsizlik qüvvələrinin yardımını istəmələri ilə bağlı izahat gözləyir. O həm də hökumətin xəbərdarlıq etmədən atəş açmaq göstərişini qınayıb. O həmçinin Qazaxıstanın Rusiya qoşunlarından qurturlmasının çətin olacağını deyib. Bunları nəzərə aldıqda, ABŞ hökuməti Qazaxıstandakı vəziyyətlə bağlı nə edə bilər və nə isə edəcəyi gözlənilirmi?​

Con Herbst: Məncə biz rol oynayırıq və mən inanıram ki, onun nümayişçilərə qarşı təqiblərlə bağlı bəyanatının təsiri oldu.

Amma bizim məsələlərə təsir etmək imkanımız Rusiya ilə müqayisədə daha məhduddur, çünki hazırda Qazaxıstanda Rusiya qoşunları var.

Ancaq mən deyərdim ki, biz Qazaxıstanın uzaq, amma yaxşı dostu olmuşuq, və məncə bu doğru yürüdülən siyasətdir. Biz bu siyasəti davam etdirməliyik və zənnimcə davam etdirəcəyik.

Və bu da insanlara təkcə Rusiya və Çindən asılı olmamalı olduqlarını xatırladır.

XS
SM
MD
LG