Accessibility links

Co Baydenə koronavirusa qarşı peyvənd vurulacaq


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden bazar ertəsi COVID-19 peyvəndi vurulur.

Bayden açıqlamasında bununla ictimaiyyətə nümayiş etdiriləcəyinə və elmi prosesə inam yaratmağa davam edəcəyinə inandığını deyib.

Vitse-prezident Mayk Pence Nümayəndələr Palatasının sədri Nansi Pelosi və Senatın əksəriyyət lideri Mitç Makkonnel də daxil olmaqla, digər ABŞ liderlərə artıq peyvənd edilib.

Moderna şirkəti tərəfindən hazırlanan peyvənd bazar ertəsi ölkənin müxtəlif ərazilərinə gətirilib.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası Moderna peyvəndinin fövqəladə hallarda tətbiqinə cümə günü icazə verib.

Moderna peyvəndinin də bu ayın əvvəlində təsdiqlənmiş Pfizer-BioNTech şirkətləri tərəfindən hazırlanan peyvəndlərə əlavə olunması ABŞ-ın peyvənd səylərini əhəmiyyətli dərəcədə artırıb.

Kütləvi peyvənd kampaniyası üçün prioritet ön cəbhədəki səhiyyə işçiləri və ən həssas qrup olan qocalar evlərinin sakinləridir. Bundan sonra isə peyvəndlərin ölkə əhalisinə digər qruplarına vurulacağı planlaşdırılıb.

Federal məsləhət şurası bazar günü növbəti qrupun 75 yaşdan yuxarı insanlarla yanaşı yanğınsöndürənlər, müəllimlər və ərzaq mağazaları işçiləri kimi vacib sahələrdə çalışanlar olacağını bildirib.

Birləşmiş Ştatlarda son iki ay ərzində koronavirusa yoluxmalar artıb və son bir həftə ərzində hər gün orta hesabla 215 mindən çox yeni yoluxma halı qeydə alınıb.

Qlobal epidemiyanı izləyən Cons Hopkins Universitetinin bildirdiyinə görə, ABŞ COVID-19-dan 317 000-dən çox ölüm halı ilə dünyada liderlik edir.

XS
SM
MD
LG